Bizimlə həyatınız həmişə işıqlı olacaq!

13 adda texnikanın Mingəçevirdə sərgisi

Avqustun 25-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin və şəhər ictimayyətinin  nümayəndələri şəhərə gətirilmiş yeni kommunal təyinatlı avtomobillərə baxış keçiriblər İHB-nın birinci müavini İlham İsmayılov deyib ki, son illər şəhərdə böyük  quruculuq-abadlıq işləri aparılır və bu avadanlıqlar ölkə Prezidentinin görülən işlərə qiymətidir: “Əlavə vəsait ayrılıb ki, bu yeni texnikalar alınsın. Onsuz da Mingəçevirdə həmişə səliqə-səhmanlı olub. Bu texnikalar imkan verəcək ki, şəhərimizi daha təmiz, müasir,  sivil qaydada saxlaya bilək. Buna görə də ölkə başçısına minnətdarlığımızı bildiririk”.

Şəhər əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev yeni texnikaların funksiyaları barədə geniş məlumat verib. Onun dediyinə görə, müxtəlif funksiyaları yerinə yetirmək üçün gətirilən 13 adda texnika təyinatı üzrə şəhər kommunal təsərrüfatı müəssisələri arasında bölünüb.

Şərhlər bağlıdır.