Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir polis şöbəsində müəmmalı ölüm, yoxsa intihar?

Bu dəqiqələrdə aldığımız məlumata görə, Mingəçevir şəhər polis şöbəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib. Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev deyib ki, oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb və  təxminən 20 dəqiqə sonra ölüb, amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar: “Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir”, – deyə D.Hacıyev bildirib.

B.Hacıyevin meyiti mərkəzi xəstəxananın morquna aparılıb, bundan sonra qəzəblənən insanlar polis şöbəsinin binasını mühasirəyə alıb. Onlar içəri girməyə,  Bəhruzu öldürən şəxsi tapıb, cəzalandırmağa qərar veriblər. Polis onların qarşısını almaq üçün barrikada qurub.  Şəhərdə vəziyyət gərgin olaraq qalır.

Şərhlər bağlıdır.