Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Artıq müəllimlər bir neçə saata öz saytlarını yarada bilərlər – TƏLİMAT

Müəllimlər üçün şəxsi veb sayt, öz işlərini qurmaqda ən yaxşı vasitələrdən biridir. Məsələn siz repetitor kimi fəaliyyət göstərirsiniz, evinizdə offline və ya online kurslar təşkil edirisiniz bu zaman sayt sizə yeni tələbələr cəlb etməkdə yardımçı olacaq və yaxud siz məktəbdə işləyirsiniz, hər iki halda siz şəxsi saytınızda şagirdlər və valideyinlər üçün faydalı məlumatlar dərc edə bilərsiniz.

Ən maraqlısı budur ki, siz heç bir veb proqramlaşdırma bilmədən, heç bir proqramçı və dizaynerə müraciət etmədən və ən əsası çox kiçik bir maliyyə ilə bunu özünüz edə bilərsiniz.
Bu işdə sizin ən böyük yardımçınız REGSite xidməti olacaq.

Biz bu məqalədə sizə bunu necə edə biləcəyiniz haqqında ip ucları verəcəyik.

Sayt hazırlamaq
Şəkilin müəllif hüquqları Reg.ru saytına aiddir.

 

I ADDIM – HƏDƏFİ MÜƏYYƏNLƏŞDİRİN

İlk olaraq özünüzə suallar verin: Sayt sizə nə üçün lazımdır? Saytınız kimlər üçün faydalı olacaq? Şagirdləriniz üçün? Əgər belədirsə hansı siniflər üçün? Bəlkə sayt valideyinlər üçün daha faydalı olacaq? Bütün sualların cavabından sonra sizin hədəf auditoriyanız yaranacaq və siz saytınızda nələri dərc edəcəyinizə qərar verəcəksiniz: Yeni dərs vəsaitləri, testlər, öyrədici və maarifləndirici yazılar, valideyinlər ilə kommunikasiya, yeni şagirdlərin cəlb olunması, bilik yarışlarının təşkili və s.

Veb saytınız olarsa nələri əldə edəcəksiniz? Sizə bir neçə misal çəkək:

1. Karyeranızda bir mərtəbə qalxa bilərsiniz. Məsələn, siz vizitka sayt və ya özünüz üçün veb portfolio hazırlaya bilərsiniz hansı ki, hazırladığınız veb resurs sizi rəqiblərinizdən fərqləndirəcək, saytınız şagirdlər və valideyinləri sizi daha yaxından tanımağa yardımçı olacaq. Peşəkar tədbirlərdə, təlimlərdə və görüşlərdə belə bir sayt mütləq sizə lazım olacaq .

2. Saytınızda pedeqoji təcrübənizi, hazırladığınız maraqlı meteriallarınızı, metodikanızı, həmkarlarınız və hədəf auditoriyanız üçün uğurlarınızı paylaşa bilərsiniz.

3. Saytınız çox gözəl kommunikasiya vasitəsi ola bilər, siz saytda test nəticələrini, dərs cədvəlləri, ev tapışırıqlarını və s. paylaşa bilərsiniz.

4. Saytınızda müraciət forması hazırlayın, yeni şagirdlərin qeydiyyatı üçün bu vacıb məsələdir. Çünki sayt mütləq şəkildə sizə yeni şagirdləri tapmaqda kömək edəcək.

Keçək əsas məsələyə.

Siz veb proqramlaşırmanı bilməsəniz belə, gözəl saytlar yarada bilərsiniz. Bu gün veb texnologiyanın inkişafı bizə bu imkanları verir.  Böyük veb şirkətləri, daha doğru desək hostinq provayderləri və domain qeydiyyatçıları proqramlaşdırma bilmədən veb saytların hazırlaması üçün bir çox veb alətlər yaradıblar, siz özünüzə uyğun olan şablonu seçərək üzərində rahatlıqla dəyişikliklər edib gözəl bir sayta sahib ola bilərsiniz.

Belə alətlərdən biri REGSite veb alətidir.

QƏTİYYƏN ÇƏKİNMƏYİN, SİZ BUNU ÇOX ASANLIQLA BACARACAQSINIZ! 

REG.Site veb sayt hazırlamaq üçün olan redaktoru mümkün qədər sadə və asan düzəldib. Siz hazır şablon üzərində uşaq kimi oynayaraq çox gözəl bir veb layihə yaradacaqsınız. REG.RU sizə ilk sifariş edəcəyiniz domen adı üçün 1 il pulsuz SSL (təhlükəsizlik) xidmətini aktiv edəcək.


II ADDIM – DOMEN QEYDIYYAT

Saytınızda nədən yazacağınız haqqında qərar verdinizimi? Əla artıq öz mövzunuza uyğun ən maraqlı domen adlarını seçə bilərsiniz. Məsələn, ilk öncə təhsil mövzudunda olan domenlərə nəzər salın: .EDUCATION.SCHOOL.UNIVERSITY və .ACADEMY. Amma qeyd edək ki .EXPERT domain adı repetitorlar üçün ən gözəl seçimdir. .BLOG domeni isə şəxsi blog yaratmaq istəyən müəllimlər üçün maraqlı seçim ola bilər.

Domain adlarını buradan qeydiyyat edə bilərsiniz: DOMEN QEYDİYYATI

Domain baha deyil siz 1 illik domain xidməti üçün çox cuzi məbləğ ödəyəcəksiniz.


III ADDIM – ŞABLON SEÇİMİ

Əgər siz saytınızın mövzusunu və domen adini dəqiqləşdirmisinizsə və artıq domen qeydiyyatı etmisinizsə deməli işin əsas tərəfini görmüsünüz.

Şablon — peşəkarlar tərəfindən hazırlanmış veb resursudur, siz sadəcə sizə yuğun olan şablonu seçərək, mətnləri, şəkilləri, rənglər və elementlərin yerini dəyişərək öz saytınızı yaradırsınız.

Hazır sayt
Şəkilin müəllif hüquqları Reg.ru saytına aiddir.

Aşağıdakı şablonları nəzərdən keçirin bu şablonlar müəllimlər üçün uyğun ola bilər:

Bir neçə səhifədən ibarət «Copywriter» və ya «Virtual Assistant» Bu şablonlarda sizə lazım ola biləcək bütün elementlər hazırdır: xidmətlər, portfolio, məqalələr, əlaqə və s.

Əgər siz vizit sayt hazırlamaq istəyirsinizsə o zaman “Haqqımda” bölməsini saxlayıb digər bölmələri silə bilərsiniz və bu 1 səhifədən ibarət gözəl vizit sayt olacaqdır.

Vizit sayt
Şəkilin müəllif hüquqları REG.RU saytına aiddir.

Şablon «Interpreter» bir məktəbin və ya bir tədris kursunun maraqlı saytı ola bilər. Siz şablonu seçib onu rahatlıqla redaktə edir və öz saytınızı yaradırsınız. Şablon seçimi zamanı narahat olmayın, siz istədiyiniz zaman şablonu dəyişə, başqa şablonlardan istıfadə edə bilərsiniz və buna görə əlavə ödəniş etmirsiniz.

Gəlin indi şablon seçək: REG ŞABLONLAR


IV ADDIM – ŞABLON REDAKTƏSİ

Sizin üçün daha rahat olsun deyə bir neçə video təlimata baxmaq kifayətdir. Biz sadəcə bir video təqdim edirik digər videoları buradan izləyə bilərsiniz – TƏLİMAT VİDEOLARI

Daha nələr olmalıdır?

İxtisasınız;
Saytda təhsiliniz, təcrübəniz haqqında ətraflı məlumat verin. Keçdiyiniz kurslar, iştirak etdiyiniz təlimlər haqqında yazın ən əsası əldə etdiyiniz sertfikatlarınızı sayta yerləşdirməyi unutmayın.

Sizin hədəfiniz;
Auditoriyanıza hədəfiniz haqqında danışmağı unutmayın. Saytı nə üçün təsis etdiyinizi gələcəkdə təşkil edəcəyiniz təlimləri və saytın hədəfinin nə olduğunu qeyd edin.

Şagirlərinizin nəticələrini və uğurlarını paylaşın;
Saytınızda şagirdlərinizin uğurları haqında yazın əlavə olaraq şərhlər bölməsində valideyinlərin, şagirdlərin şərhlərinin dərc olunmasına xüsusi diqqət yetirin. Hazır şablonun bu xüsusiyyəti sizə yardımçı olacaq.

Multimediya;
Saytınızda keyfiyyətli şəkillər paylaşın. Çalışın paylaşdığınız şəkillər öz məhsullarınız olsun. Yox əgər sizin bunu etmək imkanınız yoxdursa o zaman pulsuz və keyfiyyətli şəkil əldə edə biləcəyiniz saytlardan istifadə edə bilərsiniz. Bu saytlardan əldə edəcəyiz şəkillərə görə heç kim sizi “Müəllif hüquqlarının pozulması” ilə əlaqədar şikayət etməyəcək.

Pexels.com
Free PNG
Pixabay
Loon Site

Fəaliyyətə çağırış edin:
Saytınızdakı məqalələrin sonunda mütləq şəkildə çağırışlar etdin. Misal üçün , düymələr: «Mənimlə əlaqə»«Məktub yazın»«Ətraflı oxuyun» və ya «Videolara baxın». Bütün bu imkanlar şablonun daxilində mövcuddur.

SAYT YARADIN!

Şərhlər bağlıdır.