Elm və təhsilİdmanTurizm

Bölgə gənclərinin “Kür Məcarəsi” uğurla yekunlaşıb

"Kür Məcarəsi"ndə 7 bölgədən 20-dən çox gənc iştirak edib

Avqustun 27-dən 29-dək 2 gecə 3 gün olmaqla Mingəçevir Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin ərazisində “Kür Məcarəsi” adı ilə düşərgə təşkil olunub.  Düşərgəyə 7 bölgədən 20-dən çox gənc qatılıb. Onlar “Biz niyə burdayıq”, “Çadırqurma”, “Avarçəkmə”, “Balıqtutma”, “Skautinq”, “Layihələrin idarə olunması”, “Üzgüçülük” və digər təlimlərə, “Kod Da Vinci”, “NHN” “Nişançı” kimi oyunlara cəlb olunublar.

Bu barədə layihənin əlaqələndiricisi, Mingəçevir Regional Debat Mərkəzinin sədri  Etiram Sadıqzadə mi-news.az səhifəsinə məlumat verib. Onun dediyinə görə, hələ pandemiyanın başa çatmadığı bir vaxtda belə bir tədbirin keçirilməsi önəm daşıyır: “Gənclərin uzun müddətli stressdən çıxmaları üçün üzbəüz ünsiyyətə, yeni vərdişlərə yiyələnməsinə böyük ehtiyac vardı və biz buna nail olduq”.

Layihə tədbirlərində Mingəçevirin  Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, Gənclər Evinin direktoru Tural Kərimov, Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin direktor müavini Aslan Saadov, MDU-nun “Elm və İnnovasiyalar şöbəsi”nin müdiri Vüqar Mustafayev, layihə rəhbəri Gülmirə Məmmədova iştirk ediblər.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Avropa Nağılları” layihəsini təqdim edir Böyük şair Kür sahilinə “gəldi” Biz son günlər koronavirusa daha çox yoluxuruq
Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close