Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdəki yeni tikilən şəhərcikdə kimlərin mənzilə daha çox ehtiyacı var?

233

Aldığımız məlumata görə, Mingəçevir İcra Hakimiyyəti şəhərdə məskunlaşan məcburi köçkünlərin ən ağır şəraitdə olanlarının siyahısını hazırlayır. Qaçqınkom  bu siyahıya əsasən avtovağzalın yaxınlığında tikilmiş yeni şəhərcikdə 598 ailəni  mənzillə təmin edəcək.

Qəzetimiz yerli İcra Hakimiyyətinə və Qaçqınkoma kömək üçün  yaşayış şəraiti  həddindən acınacaqlı  vəziyyətdə olan obyektləri müəyyənləşdirib. Bunlar aşağıdakılardır:

1.Şəhərin sol sahil hissəsində:

1.1.SES-in giriş qapısında.

1.2.Avtobazanın və avtoqarajın ərazisində.

1.3.Avtoservisdə.

1.4.Avtomobil məktəbində.

1.5. Tədris İstehsalat Kombinatındə.

1.6.Keçmiş 5 sayl DBM zavodunda

1.7.Azərelektroizolit zvodunda.

1.8. Köhnə xəstəxanada.

2.Şəhərin sağ sahil hissəsində:

2.1. 5 sayl Mexanizasiya idarəsində.

2.2.Kərpic zavodunda.

2.3.Keçmiş 64 saylı SMD-nin inzibati binasında.

2.4.Azərkooptikintidə.,

2.5. 3 və 5 saylı mexanikləşdirilmiş nəqliyyat kontorlarında.

2.6.Elektrik şəbəkəsində.

2.7.Mədəniyyət evində.

2.8.Trolleybus parkında.

2.9. 1 nömrəli sənaye kombinatında.

2.10.Yanğından mühafizə dəstəsində (YMD).

2.11.”GÖRÜŞ” kafesinin arxasındakı köhnə dəmiryol stansiyasında.

3.Azərbaycan DRES qəsəbəsində:

3.1. Yarımçıq panel binada.

3.2.İdman kompleksində.

3.3.Məişət evində, 5 və  9 mərtəbəli binaların altında, Karuseldə.

Bu obyeklərin hər birində 1, 3, 5, 10 və 12 ailə məskunlaşıb. Əgər bu obyektləri nəzərə alıb köçürən olsa, cəmi iki  9 mərtəbəli bina kifayət edər. Eyni zamanda Keçmiş Turist bazasını da bu siyahəya əlavə etməyə ehtiyac var, çünki orada da köçkün soydaşlarımız son 20 ildə  həddindən ziyadə ağır şəraitdə yaşayırlar.

Şərhlər bağlıdır.