Browsing author

Mehparə Rəhimqızı

Bəlkə söhbət edək?

Adi vaxtda, hansısa sosial problemlə qarşılaşsaq, onu həll etmək üçün bu işə məsuliyyət daşıyan vəzifə sahiblərinin yanına gedirik, ona müraciət edirik. Bəzən onların qəbuluna düşmək çətin olur, bəzən də onlarla razılığa gəlmək. Adətən, vəzifədə olanların çoxu, bu vəzifəyə təyin olunur, ya qohumluq, ya tanışlıq, ya da ki, digər vasitələrlə. Odur ki, onlar da vəzifəyə məsuliyyətlə […]

Arzula və arzularının ardınca get!!!

Sən heç arzularının arxasınca getmisən? Arzuların arxasınca getməyin zövqü bir başqadır, çünki heç bitməyəcək qədər həyat enerjilidir. Həm də, bu arzular bəşəriyyətin rifahına, insanlığın, mənəviyyatın, düşüncənin inkişafına xidmət edirsə. Bir gün orta təhsilini bitirirsən, qəlbin həyəcan dolu- arzularının, xəyallarının, təsəvvürlərinin verdiyi həyəcanla. Bir-neçə əşya və paltarını kiçik bir çantaya yığırsan, evdəkilərlə sağollaşıb arzularının arxasınca gedirsən. […]

Bələdiyyə kimindir?

  Bizim ölkədə uzaq yola heç kim təkbaşına çıxmaz, çünki nə özünə, nə də başqalarına güvənməzlər. “Heç kim” ifadəsi sizə bir az mübaliğə, yəni şişirtmə kimi gələ bilər, amma bu həqiqətdir, yəni çoxluq üçün. Hər kəs də hər gecə yatıb, aydın sabaha, güvənli günə oyanmaq istəyir. Hər güvənli sabah isə, sən yatana qədər çəkdiyin zəhmətin, […]

Səs

«Dünya, bizi niyə eşitmirsən? Bizi incidirlər, əzirlər, öldürürlər». Elə istəyirdim ki, giley-güzarımı  dünyanın üstünə tökməkdə davam edim, dünyadan səs gəldi:”Sən məni eşidirsənmi? Dünya qanunlarla idarə olunur, sən qanunun nə olduğunu bilirsənmi?”. Düzü, çaşıb qaldım, söhbət hansı qanunlardan gedir?! Astadan dedim:”Mən dünyanın insanlarına səslənirdim, sən hansı dünyanın səsisən?”. Cavab gəldi:”Elə mən də dünyanın insanlarının səsiyəm, özü də qanunlarla […]

Məktəblərin açılmasına sevinək və həm də sağlam olaq!

“Məktəb yeməyi- gənc nəslin sağlamlığının bünövrəsidir”. Təəssüf ki, düzgün qidalanmanın sağlam həyat tərzinin əsası olmasını uşaqlar ya bilmir, ya da çox zəif bilir. Məktəb illərində, xüsusilə 10 yaşdan başlayaraq, uşaq daha məsuliyyətli və müstəqil olmağı öyrənir. Eyni zamanda insanlarla ünsiyyətə can atırlar. Uşaqlar qida rejiminə sərbəst əməl etməyi öyrənməli, müəllim və valideynlərinin nəzarəti olmadan da […]

Kimə qəzet oxuyarsan?

    Mətbuatımızla bağlı çatışmazlıqları bir-neçə məsələ şəklində birlikdə müzakirə edək. Mətbuatımız kimə oxşayır? Məsələ 1. Oxucunun ardınca getmək, yoxsa oxucunu formalaşdırmaq? Mövcud olan qəzetlər və xəbər saytları fikrimcə oxucunun ardınca qaçmağa çalışır, sanki- “məni oxu, mən maraqlı yazıram”,-deyə. Əslində bu ən asanıdır, çünki oxucu toplamaq üçün vaxt və əmək sərf etmək  lazım gəlmir, oxucunun zövqünü “oxşamaq” üçün “cazibədar” […]

Tələbə adınız mübarək olsun!

Bu hekayəmi ali məktəbə qəbul olmuş və tələbə adını qazanmış bütün gənclərimizə hədiyyə edirəm və istərdim ki, bu fürsətin, tələbəliyin gözəlliyini anlasınlar. Kitablarla, müəllimlərlə daha yaxşı ünsiyyət qurub, onlardan faydalansınlar. Mənim hekayəm.  BDU-nun 100 illiyinə!   Riyazi analiz dərsimiz idi. Müəllim lövhədə yazı yazırdı, daha doğrusu məsələ həll edirdi, daha da doğrusu funksiyaların tam differensialını […]

Cumhuriyyət sevdamız əbədidir!

1918-ci ilin Bakısı… “1918-ci il martın 30-da erməni-bolşevik “Qırmızı qvardiya”sı Bakının azərbaycanlılar yaşayan məhəllələrinə hücum etdi. Martın 31-də olan hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman əhalisinin qırğını xarakterini aldı. Ermənilər evləri yandırır, insanları oda atırdılar. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 min nəfər, 1918-ci ilin ortalarına qədər isə 50 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi”1. […]

Ekzistensializm nədir?

  Hər bir cinayətin bir cəzası vardır.  Dostayevskinin “Cinayət və cəza” əsərini oxumağa çox böyük maraqla başlamışdım. Hər zaman təriflənən bir yazıçının əsərini, kitab maraqlısı biri olaraq oxumaq, düşünürdüm ki, çox zövqlü olar. Vaxtımın çoxunu ixtisasım olaraq, fizika və riyaziyyata, bir qədər də fəlsəfəyə aid kitablara həsr edirəm, amma bədii ədəbiyyat hər zaman maraq dairəmdə olub, odur […]

Partiyaları ləğv edin!

Azərbaycanda 50-dən çox siyasi partiya var.   Bu yazını müəllimlərimə həsr edirəm. Həm orta məktəbdə mənə dərs demiş, həm ali məktəbdə, həm də mənəvi müəllimlərimə, hansı ki, mənə dərs deməsələr də onlardan da həmişə nə isə öyrənirəm. Sağ olanlarına Allahdan can sağlığı diləyirəm, bu dünyadan köçənlərin isə ruhları şad olsun! Müəllim, bəzən səhrada susuz qalan […]