Browsing category

Turizm

ABRAL ACADEMY TƏHSİL MƏRKƏZİ 2 YAŞINI UĞURLARI İLƏ QEYD ETDİ.

Mingəçevir şəhəri hər zaman təhsilə önəm verən, yenilikçi şəhər olaraq tanınmaqdadır.  Azərbaycanın 4-cü sənaye şəhəri olaraq tanınan Mingəçevir şəhərində yüksəkixtisaslı kadrlara hər zaman ehtiyac var. ABRAL ACADEMY təhsil mərkəzi yarandığı gündən məhz bu amala qulluq edir. Daim yenilənən sistemə ayaq uyduraraq hər il yüksək nəticələrlə yüzlərlə tələbənin gələcəyinə işıq tutan Təhsil Mərkəzi , Məktəbəqədər təhsil, […]

Uçan dənizlər

Uşaqların diqqətini hərdən təbiətə yönəldin, çünki təbiəti tanımasalar onu sevməzlər, sevməsələr qorumayacaqlar, qorumasalar isə onu məhv edənlərə heç bir zaman etiraz etməyəcəklər. Bu isə onların sağlamlığını, gələcəyini məhv edəcəkdir. Torpaq, su, hava, meşələr insanların həyatı üçün çox önəmlidir və bunu uşaqlar da anlamalıdırlar.

Xəzərin sahilində onlarla suitilərin öldüyü aşkarlandı

Ekologiya Nazirliyinin nümayəndəsi məhv olmuş suitilərin Xəzər dənizinin Qazaxıstan sahillərində tapıldığı barədə məlumat verib. Mütəxəssislər Xəzər suitisinin bu dənizdə yeganə suiti növü olduğunu bildirib. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılmasını, həmçinin ərazidən torpaq və su nümunələrinin analizinin aparılmasını planlaşdırıb. Qeyd edək ki,  Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında Xəzər suitilərini nəsli kəsilməkdə olan növlər […]

Türkiyədəki dəhşətli partlayış 4 can aldı çox sayda insan yaralandı.

Türkiyənin turistlik məkanı sayılan İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində güclü partlayış olub. Baş verən partlayış nəticəsində ölən və yaralananların sayı medyaya açıqlanıb. 4 nəfərin öldüyü 38 nəfərin yaralandığı partlayışın səbəbi məlum olmasada, istintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.  

4 sentyabr Şəki Qida Festivalı kimi yadda qaldı

Şəkidəki “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərlinin dediyi kimi,  əsas məqsəd yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etməkdir 2021-ci il sentyabrın 4-də Şəkidə “Marxal” Müalicə İstirahət Kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi […]

Bölgə gənclərinin “Kür Məcarəsi” uğurla yekunlaşıb

Avqustun 27-dən 29-dək 2 gecə 3 gün olmaqla Mingəçevir Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin ərazisində “Kür Məcarəsi” adı ilə düşərgə təşkil olunub.  Düşərgəyə 7 bölgədən 20-dən çox gənc qatılıb. Onlar “Biz niyə burdayıq”, “Çadırqurma”, “Avarçəkmə”, “Balıqtutma”, “Skautinq”, “Layihələrin idarə olunması”, “Üzgüçülük” və digər təlimlərə, “Kod Da Vinci”, “NHN” “Nişançı” kimi oyunlara cəlb olunublar. Bu […]

70 yaşlı velosipedçi 4 min km yol qət edib

APA-nın Mingəçevir bürosunun nümayəndəsi Ehtiram Muradov məlumat verir ki, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb. Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib. O, […]

Bir həftənin istirahəti, istisi və soyuğu

Bu ayın əvvəlində bir həftəlik səfərimiz içimizi isitməklə bərabər  həm də üşüdük. Sadəcə bizim enerji resurslarımız və özlərinin özlərinə dəyər verməyi hesabına yaxşı güzəran quran gürcülərə həsəd aparmaqdan başqa əlimizdən bir şey gəlmədi. Mingəçevirdən Qırmızı Körpüyə Mingəçevirdən Qırmızı Körpüyə çox da uzaq deyil. Baxır nə ilə gedəcəksən. Əgər vaxta yox, pula qənaət fikrindəsənsə, şəhərlərarası avtobusların […]

İsti olmağına baxmayaraq, şəhərimizə istirahətə gələnlərin sayı artır

Kür çayı bu şəhəri iki hissəyə ayırır. Sərin hava udmaq və istirahət üçün Mingəçevirdə çayın rolu çox böyükdür. Yay fəsli girər-girməz Kürün sahilində böyük insan izdihamı müşahidə edilir. Əksəriyyət burda gəzməyə üstünlük verir. Bəziləri isə balıq tuturlar. Kiçik balıqları övladının arzusu ilə tutanlar tilovda ovunu çox da gözləmirlər. Hava isti olsa da çaydan gələn sərinlik […]

Heydər Əliyev Mərkəzi “ArchDaily”nin siyahısında – FOTO

Dünyaca ən məşhur memarlıq bloqu ArchDaily 11 yaşını qeyd edir. Oxu.Az xəbər verir ki, yubiley yaşında ArchDaily son 11 ildə öz oxucularını ən çox maraqlandıran 11 memarlıq layihəsini təqdim edib. Bu layihələr arasında Le Korbuzye və Lüdviq Mis Van De Rohe, Zaha Hədid kimi memarların əsərləri yer alıb.