Browsing author

Mehparə Rəhimqızı

Salam, Azərbaycan əsgəri!

 Bu məktubu sizə yazıram, vətənini sevən, onu qorumağa hər zaman hazır olan əsgərlərimizə. 26 iyun- ordumuzun, yəni sizin gününüzdür! Əliniz tətikdə, gözünüz hər yerdə olsun, çünki düşmən hər yerdədir. Səninlə hər zaman qürur duyuram, vətən oğlu, əsgər qardaş! Lakin sizdən bir xahişim var,- ölməyə tələsməyin! Siz bu vətənə sağ-salamat, bilikli və biliyi ilə cürətli, ağlı […]

Riyaziyyat dərsi

Riyaziyyat ədalətli, dürüst və faydalı olmağı öyrədir. Lakin bu, o demək deyil ki, riyaziyyatı öyrənənlərin hamısı, ədalətli, dürüst və faydalı olmağı da öyrənir. Öyrənənlər də olur, öyrənməyənlər də. Sadəcə, riyaziyyatı öyrənənlər, çox zaman bacarıqları ilə öyünən, özündənrazı tiplərə çevrilirlər, yəni cəmiyyət üçün çox zaman yararsız olurlar, bəzən də zərərli ola bilirlər. Riyaziyyatın nəinki bütün sahələrini, […]

Qərarsızlıq…

“Hörmətli alimimiz, professor Rafiq Əliyev, müraciətim sizədir! Sizdən çox xahiş edirəm, bizə-çarəsiz durumda olan, xalq olmaq yolunda əzablar içində qıvrılan bu xalqa kömək edin. Bütün dualarım hər zaman xalqımız və dövlətimiz üçündür. Lakin onu da anladım ki, Tanrının bizə yaratdığı fürsətləri görməzdən gəlməklə, əslində öz imkanlarımızı görməzdən gəlmişik. Siz, dünya elminə çox böyük töhvələr vermisiniz, […]

Qarabağın mayı…

Uzaq düşdük həyatımızdan, aid olduqlarımızdan, bizə doğmalaşan hər kəsdən, hər şeydən. Bəyənib bəyənmədiklərimizdən, ağlayıb güldüklərimizdən, çox uzaq düşdük. Uzaq düşdünsə gözləyəcəksən, gecə də, gündüz də, günlər illərə keçər, illərin də ki, sayını itirərsən. Yol gedənindir, deyiblər, amma ümidsiz yollar da gözləyənin olurmuş. Baxarsan yollara, illərdir gedə bilmədiyin və kimsənin də gəlmədiyi, sadəcə, gümanın gələn o […]

Evdə qal, amma doğru yolda irəlilə

Bir yerdə yol gedərsən, yol yoldaşı olarsan, nə qədər gedəcəyin deyil, necə gedəcəyin önəmlidir, vacibdir. Deyək ki, həyatımızı yaşayırıq, maddi-fiziki varlığımızı yaşadırıq, qoruyuruq. Bəs düşüncələrimiz, arzularımız, mənəvi dünyamız, onu da yaşadıb qoruyuruqmu? İndi çoxumuz evdə oturmuşuq, əvvəllər də otururduq, amma indi qorxudan oturmuşuq, çünki fiziki varlığımıza təhlükə var. Həm də deyərsiniz ki, fiziki olaraq mövcud […]

Koronavirusdan qorxulu…

Təmizlik önəmlidir, Çox-çox önəmlidir, Hətta, dəhşət önəmlidir… Kirlənmişik, yuyunaq, çirklənmişik, yuyunaq. Yuyucu maye sabun, başqa növləri də var. Dezinfeksiya edən məhlullar, daha nələr… Yamanca kirlənmişik, Yuyunaq təmiz olaq, Yuyaq qoy təmiz olsun əllərimiz, üzümüz, canımız, cəsədimiz, Virus yaxın gəlməsin… Bəs, kirlənmiş niyyəti, kirlənmiş baxışları, Kirlənmiş vicdanları nə ilə yuya billik? Varmı onları yuyan yuyucu vasitələr? […]

Salam, necəsiniz?

Yaşamaq üçün, bu dünyaya gəlmək kifayət edir. Lakin bu dünyaya gələndən sonra, bizimlə bərabər həm də çətinliklər də yaranır. İlk ünsiyyətimiz evdəkilərlə başlayır, danışmağı öyrənirik, daha doğrusu evdəkilər nə danışırsa, necə danışırsa, biz də elə danışmağa çalışırıq, daha doğrusu onları yamsılayırıq. Təbii ki, hamı belə edir, beləcə dilimizi öyrənirik və doğrudanmı bu qayda ilə dilimizi […]

Xocalım, nə böyük dərdmişsən?

  Bir neçə dəqiqəlik də olsa həmin günləri xatırlayaq və təsəvvür edək. Soyuq fevral günləri, hər tərəf qar, hər tərəf qaranlıq. İnsanlar evində, isti sobanın kənarındadır. Lakin həmin günlər təkcə xocalılar yox, bütün Qarabağda, camaat səksəkədə, narahatlıq içində idi. Günlər yox, aylardır ki, erməni-rus silahlıları Qarabağda şəhərləri, kəndləri atəş altında saxlayırdılar. Bir gün, o soyuq […]

Gender məsələləri, sosial ədalətsizlik

Uğurlar bizə aiddir: mənim hekayəm. Balaca bir kənddə doğulmaq, həyatda şanslı olmaq üçün maneə ola bilərmi? Bəlkə də hə, bəlkə də yox. Müəllim ailəsində doğulmaq necə, ya da valideynlərin başqa bir sahədə bilikli, mədəni insanlar olarsa, şanslı olmaq üçün önəmlidirmi? Qarabağın yüzlərlə kəndindən biri də bizim kəndimiz idi-Muğanlı. Evimiz, həyətimiz, bağçamız, kiçik də olsa təsərrüfatımız var idi. İnəklərimiz, […]

“Kabusa dönən ruhlar”

“Qəfil şappıltı səsinə oyandı. Saata baxdı, 3-ə işləyirdi,-” Hələ səhərə çox var, yəqin Arsendir”-deyə fikrindən keçdi. Yenidən yuxuya keçmək üçün sol yanı üstə çevrildi və Arsenin yatdığını gördü, canını qorxu bürüdü. Havanı dinlədi, səs gəlmirdi. Təzəcə gözlərini yummuşdu ki, bu dəfə mətbəxdən tıqqıltı gəldi, elə bil kimsə dəhlizdən mətbəxə keçdi. Əlləri əsməyə başladı, evdə başqa […]