Beynəlxalq Ahıllar günü münasibətilə oktyabrın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov çay süfrəsi ətrafında Mingəçevirin ilk qurucuları və ahıl sakinləri ilə görüşüb.
Ölkədə və şəhərdə görülən işlərdən danışan başçı ahılları maraqlandıran məsələlərə aydınlıq gətirib. Xüsusən istilik, iş yeri, suvarılma problemlərinin həlli ilə bağlı atılan addımlardan danışıb. 100 yaşını haqlayan Baba Əliyevin təşəbbüsü ilə şəhərin quruculuğunda dünyasını dəyişən insanların xatirəsi yad edilib. Tədbirin sonunda ahıllar başçı ilə şəkil çəkdirib
Şərhlər bağlıdır.