Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Açıq səma altında

215

19 sentyabr 2012-ci ildə Mingəçevir Dövlət Dram Teatrı 44-cü teatr mövsümünü açıb. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Həsən Həsənov hamını teatrı sevməyə çağırıb: “Teatrımızın qapıları hər kəsin üzünə açıqdır”.
Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıbəyli yeni teatr mövsümünün açılışı ilə tamaşaçıları və teatr kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Açılış mərasimindən sonra MDDT-nın aktyorları binanın önündə, açıq səma altında müxtəlif tamaşalardan (gürcü dramaturqu Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion”, Əli Əmirlinin “Kişi və qadın” və digər) parçalar təqdim ediblər. Nəriman Mingəçevirlinin, “Muğam” Teatrının solisti İsmayıl Abbasovun, şəhərimizin yetirmələri Fikrət, Beyrək və digərlərinin ifaları, şən klounların məzəli söhbətləri və rəqslər mərasimə rəng qatıb. “Mİ”

Açıq səma altındaAçılışdan sonra MDDT-da nələr dəyişib?
Dörd ilə yaxın əsaslı təmirdən sonra Mingəçevir Dövlət Dram Teatrının açılışının şahidiyik. Bəs ötən müddətdə bu məbəddə nələr baş verib?
Bu yaxınlarda teatra baş çəkdik. Kollektivin bu günki fəaliyyəti və gələcək planları ilə maraqlandıq.
Teatrın baş inzibatçısı Esmira Hacıyevanın dediyinə görə, yeni mövsümün açılışından sonra səhnəyə qoyulan tamaşalar əvvəlki illərdəkindən çox fərqlidir. Eyni zamanda indi tamaşaçılar gənc aktyor truppasını görürlər: “Onlar peşəkar olmasalar da gələcəyin yaxşı aktyorları ola bilərlər. Teatrımızın direktoru xırda bir istedad qığılcımına rast gəldikdə sevə-sevə teatrın qapılarını onun üzünə açır, baxmayaraq ki, o, incəsənət universitetinin məzunu deyil”. Esmira xanım Mədəniyyət və Turizm Nazirliyin əmriylə teatrda iki illik Teatr studiyası yaradıldığını dedi və bildirdi ki, artıq studiyaya kütləvi surətdə axın var: “Studiyada bir il təhsil alan tələbə ikinci il aktyor heyətində yardımçı aktyor vəzifəsinə təsdiqlənir. Onlar həm təhsil alır, həm də ştat cədvəli üzrə fəaliyyət göstərirlər”.
Studiyanın rəhbəri Mingəçevir Dövlət Dram Teatrının keçmiş baş rejissoru, xalq artisti Zülfüqar Abbasovdur. Bakıdan- Gənc Tamaşaçılar Teatrı və Milli Teatrının, İncəsənət Universitetinin kadrları vaxtaşırı studiyaya dəvət olunurlar. Burada gənclərə səhnə və nitq mədəniyyəti, teatr tarixi barədə dərslər keçilir.
İnzibatçının dediyinə görə, teatra maraq artıb: “Bir tamaşaya əvvəllər 150-yə yaxın bilet satılırdı, hazırda isə 250-300 bilet satılır”.
Onu da öyrəndik ki, Şəki və Gəncə teatrları ilə sıx dostluq əlaqələri quran MDDT-da iyun ayının əvvəlində Azərbaycan Teatr festivalı keçirilib.

Elnarə

Şərhlər bağlıdır.