Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bərdədə 27 sentyabr-Anım Günü qeyd edilib

Bərdə Regional Mədəniyyət İdarəsi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü  tədbiri keçirilib.  Baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları dövlətimizə və ordumuza dəstək olaraq, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müzəffər Ordumuz”, “Vətən sənə canım fəda!” şüarlarını səsləndiriblər.
Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Təhsil, Bərdə regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını önünə gül dəstələri düzülüb.
Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi Bərdə terrorunda həlak olan dinc sakinlərin əziz xatirəsinə yaradılmış “Xatirə lövhəsi”nin  qarşısına tər güllər düzüb, onların  xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 

 

Şərhlər bağlıdır.