Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu barədə Trend-ə açıqlamasında Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır: “Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq”.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır.