MDU

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib. MDU-nun Mühəndislik fakültəsində təhsil alan tələbələrin valideynləri 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Valideynlərə semestr ərzində tədris olunan fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Valideynlərə imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, appelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.

İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlar valideynlər tərəfindən məmnunluqla qarşılanıb.

MDU-nun İmtahan Qərargahının sədri, prof. Veysəl Əyyubov keçirilən görüşdə imtahan prosesi və bütövlükdə tədrisin məzmunu ilə bağlı ətraflı məlumat verib. Valideynlər imtahanların keçirilməsi üçün yaradalmış şəraitdən razı qaldıqlarını bildiriblər.

MDU-da “Açıq qapı” günü
İmtahan prosesi və valideynlər
Auditoriya və imtahan prosesi
Dekan əvəzi Almaz Əliyeva tələbələrə valideynlərin gəlişi ilə bağlı izahat verir
Dekan və valideynlər
İmtahan
Valideynlər tələbələrin biletlərinə və yazılarına nəzər salırlar.
MDU-da daha bir imtahan auditoriyası
MDU-da valideynlərə Apelyasiya komissiyasının fəaliyyəti ilə bağlı məlumat verirlər
Apelyasiya Komissiyasında
MDU-da İmtahan qərargahı izahat verilir.
Valideynlər “Açıq qapı” günündə İmtahan qərargahı otağında
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close