Mingəçevirdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün iftar süfrəsi açılıb. 250 nəfərin iştirak etdiyi tədbirdə şəhər məscidinin imamı Ələmdar Qiyasov on bir ayın sultanı olan Ramazan ayının məziyyətlərindən, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb, “Quran”dan ayələr oxuyub. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının ruhuna dualar oxuyub, Allahdan xalqımıza və dövlətimizə həmişə firavanlıq, əmin-amanlıq bəxş etməyi arzulayıb.
Şəhər ictimayyəti adından danışan Mirzə Cavadov bildirib ki, xalqımız Ramazan bayramlarını hər il böyük məmunluq hissi ilə qeyd edir: “Çünki Azərbaycan dövləti və onun prezidenti dini, milli-mənəvi və multikultural dəyərlərə həmişə diqqət və qayğı göstərir. Ölkəmizdə tolerantlıq mühitinin yaradılması və saxlanması bizim bəşəriyyətə ən böyük töhfəmizdir”.
Şərhlər bağlıdır.