Bizimlə həyatınız həmişə işıqlı olacaq!

29 il əvvəl baş verənlər bir daha xatırlandı

Sabah şəhər sakinlərini bayram konserti və atəşfəşanlıq gözləyir

İyunun 14-də Mingəçevirdə “Ümummilli lider Heydər Əliyev-Milli Qurtuluşumuzun müəllifi” adı ilə elmi-nəzəri konfrans keçirilib. Tədbir iştirakçıları əvvəl ulu öndərin abidəsini ziyarət edib,  onun fəaliyyətindən bəhs edən sərgiyə və filmə baxıb, ruhunu bir dəqiqəlik sükutla yad edib.

Heydər Əliyev Mərkəzində baş tutan konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, MDU-nun müəllimləri Esmira Cəfərova və Ruhiyyə Hüseynova,  UGİM-in direktoru Ədalət Quliyeva, çıxış ediblər. Onlar  29 il əvvəl ölkədə baş verən hərc-mərcliyi bir daha xatırlayıb, böyük liderin Azərbaycanda vətəndaş qırğınının qarşısının alınması, dövlətçilik ənənələrinin bərpası və inkişafı naminə xodmətlərindən danışıblar.
Mingəçevir şəhər İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə, bayram tədbiri iyunun 15-də Tarix Muzeyinin qarşısındakı meydanda davam etdiriləcək. Şəhər sakinlərini sabah saat 19-dan etibarən bayram konseri və atəşfəşanlıq gözləyir.

Şərhlər bağlıdır.