Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İntellektual klubların gənclər liqası”nın zona finalında Bərdə komandası qalib oldu

Bakı və regionlar üzrə qalib olan komandalar 18-19 iyun tarixlərində Bakıda keçiriləcək iki günlük final mərhələsində iştirak edəcəklər

979

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilati dəstəyi ilə Mingəçevir, Ağcabədi, Ağdaş, Ağdam, Bərdə, Yevlax, Zərdab, Tərtər regionları arasında baş tutan seçim turunda 14 komandada 80-dən çox gənc iştirak edərək, öz intellektlərini yarışdırıb və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Bərdəni təmsil edən “Hərum” komandası daha çox suala doğru cavab verərək, zonanın qalibi olub və finala vəsiqə qazanıb. Ağcabədinin “Ağcabədi” komandası II, Ağdaşın “Panteon” komandası isə III yerin sahibi olub. Qaliblər kubok, medal, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, Bakı və regionlar üzrə qalib olan komandalar 18-19 iyun tarixlərində Bakıda keçiriləcək iki günlük final mərhələsində iştirak edəcəklər.

Şərhlər bağlıdır.