Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

2018-ci ilin yanvar-dekabr aylarında Mingəçevirdə nəqliyyatın əsas göstəriciləri

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.

Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2018-ci ilin yanvar-dekabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 5184,7 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 min manat və ya 0,9 faiz artmışdır. Hesabat dövründə göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcminin 5099,8 min manatı və ya 98,4 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.

Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə illər üzrə ümumi həcmi qrafikdə əks olunmuşdur.

Cari ilin yanvar-dekabr aylarında şəhərdə avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla cəmi 803,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,0 min ton və ya 2,9 faiz artmışdır. Hesabat dövründə avtomobillərin yük dövriyyəsi 93457,8 min ton km. olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 374,6 min ton km. və ya 0,4 faiz azalmışdır.

2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-dekabr aylarında daşınmış sərnişinlərin sayı 1197,0 min nəfər və ya 3,5 faiz artaraq 35383,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə müvafiq olaraq bu ilin yanvar-dekabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12147,5 min sərnişin km. və ya 3,5 faiz artaraq 361091,6 min sərnişin km. təşkil etmişdir.

 

Daha çox

Oxşar yazılar

Close