AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib

2021-ci ilin 11 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyat keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransa MDU-dan layihə üzrə aidiyyəti akademik və inzibati heyət üzvləri də qatılıblar.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin, Erasmus+ Milli Ofisinin, yerli və xarici tərəfdaşların təmsil olunduğu konfransda beş mərhələ üzrə həyata keçirilən layihənin uğurla başa vurulduğu qeyd edilib, əldə edilmiş faydalı nəticələrdən, beynəlxalq təcrübələrdən və gələcək əməkdaşlıq istiqamətlərindən danışılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da keyfiyyətin təminatı məsələlərinə xüsusi önəm verilir, bu məqsədlə beynəlxalq proqram və layihələrdə fəal iştirakın təmin edilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker