Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2 qrupda 3000-ə yaxın gənc birləşib

195

Mayın 21-də YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyi şəhər təşkilatının qərargahında yığıncaq keçirib. Öncə 19 may 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GB ŞT-nın sədri Bəxtiyar Mustafayev YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransında Mingəçevir gənclərinin iştirakı, YAP-nın sədr müavini, İcra katibi Əli Əhmədovun və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışları, tövsiyyə və tapşırıqları haqda gənclərə məlumat verib.
Bundan sonra Bakı – 2015 1-ci Avropa oyunlarının təbliği və bu oyunlara qarşı “qara PR” kampaniyası ilə bağlı gənclər birliyi tərəfindən görülən işlər və tədbirlər müzakirə olunub. Qeyd edilib ki, gənclər Facebook sosial şəbəkəsində daha çox fəallıq göstərirlər. Belə ki, bu şəbəkədəki 2 qrupda 3000-ə yaxın gənc birləşərək, müxtəlif məsələlərə dərhal münasibətlərini bildirirlər.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib ki, Avropa Oyunlarına artıq sayılı günlər qalıb və Mingəçevir də bu oyunların keçirilməsinə tam hazırdır: “İlk Avropa Oyunlarına qarşı “qara PR” aparanlar çox gözəl başa düşürlər ki, “Bakı-2015” Avropa Oyunları ilə Azərbaycan dünyaya öz gücünü göstərəcək. Əminəm ki, Bakı və Mingəçevirdə keçiriləcək bu mötəbər idman bayramı hələ uzun müddət yaddaşlardan silinməyəcək. Ümid edirəm ki, gənclər sosial şəbəkələrdə daha aktiv və daha diqqətli olacaq, vətənimizin, xalqımızın, dövlətimizin naminə düşmənlərə qarşı bir yumruq kimi birləşəcəklər”.

Şərhlər bağlıdır.