Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zəfər günü şərəfinə keçirilən idman yarışlarının qalibləri açıqlandı

Yarışlar şahmat, voleybol, basketbol, kikboksinq və “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə təşkil olunub

Mingəçevirdə Zəfər gününə həsr edilən idman yarışlarına noyabrın 4-də yekun vurulub. Oktyabrın 22-dən başlayan yarışlar şahmat, voleybol, basketbol, kik-boksinq və “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə təşkil olunub.

Bağlanış mərasimi şəhər stadionunda baş tutub. Mərasimdə Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Zəfər günü ilə əlaqədar idmançılara xoş arzularını çatdırıb, fəallıq göstərən, uğurlar qazanan, təşkilatçılıq işi aparan hər kəsə təşəkkür ediblər.

Sonra yarışların nəticələri elan olunub. “Vətənin müdafiəsinə hazıram!” idman çoxnövçülüyü üzrə yarışlarda 17, 13 və 12  nömrəli orta məktəblərin komandaları birinci, ikinci və üçüncü yerləri bölüşdürüblər.

“Bahar turniri”ndə qızlardan ibarət futbol komandamızın əldə etdiyi uğur xüsusilə vurğulanıb. 12 yaşlı qızlarımız turnurin qalibi kimi fəxri kuboka layiq görülüb.

Voleybol üzrə yarışa qızlardan ibarət 7 komandanın iştirakilə 20 komanda qatılıb. Onların mübarizəsində 1-ci yerə MDU-nun, 2-ci yeri isə 3 nömrəli orta məktəbin komandası yüksəlib. Basketbol yarışlarında isə 10 nömrəli məktəb 1-ci, 20 nömrəli məktəb isə 2-ci nəticəyə sahib olub.

Kikboksinq yarışında ətraf rayonların qarışıq komandalarının iştirak etməsinə baxmayaraq,  Kamran Nəsirovun rəhbərliyi ilə Mingəçevir heyəti ən yüksək pillədə dayanıb.

Qaliblərə diplom, kubok və medallar verilib.

Şərhlər bağlıdır.