Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sakinlər hansı problemlərə diqqəti yönəltdilər?

Martın 13-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Aydın Məmmədov, Əliağa Vahid  və Nizami Gəncəvi  küçələrinin  bir qrup yaşayışçısı ilə görüşüb. Sakinlərdən Yaqub Hüseynov, Şəmsəddin Abbasov, Vilayət Süleymanov və Dilarə Abdullayeva diqqəti narahatlıq doğuran problemlərə yönəldiblər. Onlar istilik sisteminin yenidən qurulması, təhlükəli vəziyyətdə olan ağacların kəsilməsi, məhəllələrin asfalt örtüyünün dəyişdirilməsi, binaların zirzəmilərində yığılıb qalan çirkab sularının  təmizlənməsi, su və kanalizasiya xətlərində görülən işlərin tezliklə başa çatdırılması, məhəllələrin işıqlandırılması, yeni iş yerlərinin açılması barədə danışıblar.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov həmin məsələlərə münasibətini bildirib, aidiyyətı idarə və müəssisə rəhbərlərinə problemlərin həlli üçün tapşırıqlarını verib.

Şərhlər bağlıdır.