CəmiyyətMingəçevir

Mingəçevirdə DYP əməkdaşları qadın sürücülərə bayram sürprizi edib

DYP-nin Mingəçevir bölməsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, həm də qadın sürücülərə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  sürpriz etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Mi-news.az xəbər verir ki, Yol polisi əməkdaşları  sükan arxasında avtomobil idarə edən 30-dan çox qadını saxlayaraq onları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, hər birinə çiçəklər veriblər.
DYP Mingəçevir şəhər bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru Xətai Məmmədov  bayram tədbirinin günün sonunadək davam etdiriləcəyini bildirib: “Bölməmizdə bu cür tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Bu dəfə də  ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq. Otuzdan artıq qadın sürücüyə bayram sürprizi etdik. Günün sonunadək onların sayı dəfələrlə artmış olacaq”.

Tag
Daha çox

Oxşar yazılar

Close