Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığından danışıb

Ümummilli lider Heydər Əliyevin  vəfatının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə xatirə tədbirlərlə qeyd olunub. Daha sonra tədbirlər silsiləsi elmi–nəzəri konfransla davam etdirilib. Konfransda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığını qeyd edib, 40 ilə qədər Azərbaycan və keçmiş sovetlər ittifaqının siyasi hakimiyyətində aparıcı mövqelərdə idarəçilik  fəaliyyəti ilə məşğul olmuş Heydər Əlyevin xalqının və məmləkətin inkişafı və firavanlığı naminə böyük xidmətlər göstərdiyini xatırladıb: “Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı geri qalmış aqrar məmləkətdən böyük sənaye potensialına malik respublikaya çevirdi. Daha sonra  ittifaq rəhbərliyində  Azərbaycan Respublikasının və xalqının siyasi iradəsini və mövqeyini daha da gücləndirdi. Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini  bərpa etdikdən sonra siyasi-iqtisadi və hərbi böhran içində olan xalqını və vətənini xilaskarlıq missiyası ilə  dərin böhrandan xilas etdi.”

Heydər Əliyevin şərəfli ömür yolundan və siyasi fəaliyyətindən bəhs edən  videoçarxa baxışdan sonra pedaqoq Eldar Dərişov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edib. Konfrans ərzində tələbə özfəaliyyət qrupu fəalları ifasında maraqlı kompozisiya təqdim olunub.

Şərhlər bağlıdır.