Hadisə
Yevlaxda motoroller aşıb, sürücü xəsarət alıb
Aran qəsəbəsi sakini Əliyev Füzuli Nemət oğlu xəstəxanaya yerləşdirilib.

Yevlaxda baş vermiş yol qəzası zamanı motoroller aşıb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib.
İdarəetmədən çıxan “Muravey” markalı motorollerin aşması nəticəsində müxtəlif bədən xəsarətlər alan 1990-cı il təvəllüdlü Aran qəsəbəsi sakini Əliyev Füzuli Nemət oğlu xəstəxanaya yerləşdirilib.