Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlaxda maşın kanala aşıb, xəsarət alanlar var

222

Yevlaxda yol qəzası olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində 4 nəfər -1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu, 1981-ci il təvəllüdlü Cabbarova Səadət Siyavuş qızı, 2003-cü il təvəllüdlü Cabbarova Sənəm və 2004-cü il təvəllüdlü Cabbarov Sənan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ətrafdakıların köməyi ilə xəstəxanaya gətiriliblər.

Şərhlər bağlıdır.