Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mən səni sevirəm, Mingəçevir”

Yazın bu oğlan çağında Mingəçevir zümrüd libası, al-əlvan gülləri, yaraşıqlı park və xiyabanları, göz oxşayan səliqə-sahmanı ilə üzə gülür. Həm martın mülayim havası, həm Qələbə sevincinin ölkəmizdə yaratdığı qeyri-adi ab-hava, həm də Kürün cilvələnən Mingəçevirin gözəlliklərinə sanki ayna tutması bu şəhəri daha ecazkar edir. Dövlətin qayğısından güc alan mingəçevirlilər doğma şəhəri cənnətə çevirmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər. Bu günlərdə, daha doğrusu, Novruz bayramı ərəfəsində bu gözəlliyə daha bir gözəlliyin də əlavə olunması bunun sübutudur.

Mingəçevir şəhərində fəaliyyət göstərən “MRT İnşaat” tikinti materialları Novruz bayramı münasibəti ilə  mingəçevirliləri sevindirib. Belə ki, bu qurumun mağazasının əməkdaşları Mingəçevirin görkəmli məkanlarının birində çox incə zövqlə hazırlanmış “Mən səni sevirəm, Mingəçevir” adlı möhtəşəm lövhə yerləşdiriblər. Bununla da onlar əhalinin Nur şəhərinə olan sevgisini əbədiləşdiriblər. Lövhədə “Mən səni sevirəm, Mingəçevir” sözlərinin ingilis əlifbası ilə həkk olunması isə şübhəsiz, xarici vətəndaşların da diqqətini bu gözəl şəhərə cəlb etməyə xidmət edir.

Yeri gəlmişkən qeyd edək ki, “MRT İnşaat” komandası 44 gün davam edən Vətən müharibəsində ordumuza öz dəstəyini də əsirgəməyib. Bu vətənpərvərlik nümunəsinə görə “MRT inşaat” Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub.

Şərhlər bağlıdır.