Hadisə

Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu, digəri xilas edildi

1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb

Yevlax şəhəri ərazisində – Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.  APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close