İcbari Tibbi Sığortanın təbiq olunduğu pilot tibb müəssisələrində -Mingəçevirdə tibb işçilərinin peşə bayramı qeyd edilib .Tədbiri aparan şəhər Mərkəzi Xəstəxanası Həmkarlar İttifaqı sədri Allahverdi Alıyev ilk öncə qonaqları salamlayıb, səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib. Mingəçevir şəhər Mərkəzi Xəstəxananın (MŞMX) publik hüquqi şəxsin direktoru Könül Ələkbərov həmkarların bayram münasibəti ilə təbrik edib, icbari tibbi sığorta sisteminin tətbiqi nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyini vurğulayıb. Həyata keçirilən uğurlu əməliyyatlardan söz açan direktor onu da qeyd edib ki, artıq Mingəçevirdə neyrocərrahiyə əməliyyatı da həyata keçiriləcək: “2016-cı ildən pilot layihə olaraq gerçəkləşdirilən icbari tibbi sığrtanın əldə olunan müsbət nəticələri Mingəçevirdə prezidentin istək, tələb və gözləntilərini doğruldub. İlk ilində təxminən 188 min vətəndaşın müraciətini qarşılayan sığorta son bir il ərzində 433 min tibbi müraciəti vətəndaş rahatlığının təmin edilməsi çərçivəsində icra edib. O cümlədən ilk dəfə olaraq, bölgələrdə ən müasir tibb avadanlıqlar və peşəkar mütəxəssislərin iştirakı ilə endoskopik, uroloji əməliyyatlar həyata keçirilib, endoponoq əməliyyatlara start verilib. Tezliklə endoponoq cərrahi əməliyyatların keçirilməsinə başlanılacaq”.
Könül Ələkbərov Yevlax, Ağdaş rayonları üzrə genişləndirilən layihənin bölgədə səhiyyənin əlçatanlığı istiqamətində ciddi irəliləyişlə yadda qaldığını bildirib: “700-ə yaxın vətəndaş , o cümlədən 17 anadangəlmə ürək qüsurlu uşaq üzərində aparılmış uğurlu açıq ürək əməliyyatları bölgə sakinlərinin səhiyyənin potensialına və tibbi sığortanın önəminə olan etimadını bir qədər də möhkəmləndirib.Ürək əməliyyatlarına cəlb edilmiş pasentlərin 300 nəfəri də məhz Mingəçevir sakinləridir”.
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səhiyyə işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra hakimiyyəti başçısı MŞMX-nin iki həkimini fəxri fərmanla təltif edib. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Mingəçevir təşkilatı adından da bir neçə tibb işçisinə təşəkkürnamələr təqdim edilib.
Kür çayının sahilindəki istirahət mərkəzlərinin birində zəngin süfrə ətrafında baş tutan bayram tədbiri rəngarəng rəqs və digər əyləncələrlə yadda qalıb.
Şərhlər bağlıdır.