Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə sican və siçovullar, ağcaqanad və tarakanlar əhalini təngə gətirib

Yaz-yay ayları gələn kimi şəhərdə sican-siçovul, ağcaqanad və başqa həşəratların sayı çoxalır. İndi isə bunların sırasına tarakan adı ilə tanınan həşərat da əlavə olunub. Axşam düşən kimi tarakanlar binaların fasad hissəsində küçə boyu aktivləşirlər. Tarakanlardan əlavə siçovullar da pilləkən qəfəslərinə, hətta mənzillərə də girməyə cəhd edirlər. Vəli Hüseynov, M.Maqomayev, M.F.Axundov küçələri boyunca bütün növ həşərat və gəmiricilər baş alıb gedir. Bu halla üzləşən sakinlər şəhərin Dezinfeksiya Stansiyasına müraciət ediblər. Lakin stansiyadan verlən cavab onları qane etməyib: “Bildirirlər ki, dərmanımız yoxdur, biz müqavilə şərtləri əsasında işləyirik. Bəs onda görəsən bu stansiyanın varlığı kimə lazımdır?”

Və hər dəfə stansiyanın rəsmi nümayəndələri sübuta yetirməyə çalışırlar ki, onlar günün tələbləri səviyyəsində işləyirlər. Amma şəhər əhalisi hesab edir ki, stansiyanın fəaliyyəti yarıtmaz haldadır. Aidiyyəti qurumlar isə hələ ki, susur.

Şərhlər bağlıdır.