Yaşar Muradov və Ə.Şıxlıniski küçələrinə asfalt döşənir
Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə daim diqqət mərkəzində saxlanılır. Son 2 ildə şəhər rəhbərliyi tərəfindən əhalinin fərdi qəbullarda, səyyar görüşlərdə səsləndirdiyi fikirlərə, qaldırdığı məsələlərə operativ şəkildə baxılması, problemlərin həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi və icra vəziyyətinin yoxlanılması bunun bariz nümunəsidir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 3-də sağ sahil qəsəbəsində sakinlərlə növbəti görüşü zamanı onu da bildirib ki, hər bir ciddi təklif şəhərin tədbirlər planına salınır və imkan olan kimi işlərə başlanılır: “Qəsəbənin Yaşar Muradov və Ə.Şıxlıniski küçələrində asfaltlanma və abadlıq işlərinə də bu təkliflərdən sonra başlamışıq”.
İşlərin gedişi ilə tanış olan başçı mövcud ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsi və ev heyvanlarının küçələrə buraxılmasının qarşısının alınması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını da verib.
Şərhlər bağlıdır.