Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yarat, İnkişaf et, Töhfə ver” layihəsi başa çatdı

Dekabrın 2-də “Yarat, İnkişaf et, Töhfə ver (Gənclərin inkişaf yolu)” layihəsinin bağlanış mərasimi keçirilib. Mərasim zamanı layihə müddətində təşəbbüs komandalarının həyata keçirdiyi fəaliyyətlər ictimaiyyətə təqdim edilib. Bundan əlavə tədbirdə İntern Akademiya və Art terapiya haqqında da məlumat verilib.

Tədbirdə iştirak edən KAF vitse prezidenti, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, AR Prezidenti yanında Gənclər Fondunun direktor müavini Qədir Xəlilov  layihə ilə bağlı öz təəssüratlarını bölüşüb və bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar. Millət vəkili Vüqar Bayramov Azərbaycanda gənclər siyasəti, gənclər üçün yaradılmış imkanlar barədə öz fikirlərini paylaşıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin müavini xanım Min Yuan çıxışı zamanı bu cür təşəbbüslərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və UNİCEF-in gələcəkdə belə layihələrin dəstək göstərməsinə hər zaman hazır olduğunu diqqətə çatdırıb. Layihəni uğurla başa vuran gənclər diplomlarla mükafatlandırırlıb.

“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan  və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.

 

Şərhlər bağlıdır.