Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “İngilis dili Festivalı”

188

ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”ın birgə tərəfdaşlığı ilə Mingəçevir Dövlət Universitetində “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 3 dekabr 2021-ci idə “İngilis dili Festivalı”  təşkil edilib. Festival zamanı təlimləri uğurla başa vurmuş müəllimlər və tələbələr tərəfindən 11 izləmə fəalyyəti hazırlanıb.

5 ay davam edən layihə MDU-nun ingilis dilinin tədrisi ilə məşğul olan akademik heyət üzvləri üçün rəngarəng təlimlərlə yadda qalıb. Təlim proqramı oxu dərslərinin mərhələləri və strategiyaları, dinləmə bacarıqlarının tədrisi metodları, ekstensiv və intensiv dinləmə, tənqidi dinləmə və dil öyrənmə, dinləmənin tədrisində onlayn resurslardan istifadə, oxu fəaliyyəti və texnikası, öyrənmə nəticələrinin artırılması, analitik oxu və mətn təfsiri, oxu bacarıqlarının qiymətləndirilməsi üsulları və digər mövzuları əhatə edib.

MDU-nun müəllimləri Bərdə və Mingəçevirdən olan orta məktəb, peşə təhsili müəllimləri üçün interaktiv üsullarla açıq dərslər keçiblər. Tələbələrin öz icmalarında ingilis dilinin təbliği üçün müxtəlif öyrədici tədbirlər təşkil etməsi də nəzərdə tutulub.

“Bu gün hərəkət et, sabah dəyiş” layihəsinin iştirakçılarına proqramı uğurla başa vurduqları üçün sertfikatlar təqdim olunub.

Şərhlər bağlıdır.