Bizimlə həyatınız həmişə işıqlı olacaq!

XX ƏSRİN ƏN QƏDDAR CİNAYƏTİ

Üstündən 29 il keçsə də Xocalı faciəsi bu gün də Azərbaycan və dünya ictimaiyyətinin müzakirə obyekti olaraq qalır. Hələ də cavabını tapmamış suallar, təhlilə ehtiyac duyan gizli və aşkar məqamlar var. Lakin bu il biz XX əsrin faciəsi və keçən əsrin ən qəddar cinayəti kimi qiymətləndirilən Xocalı qətliyamına başqa bir rakursdan, başqa müstəvidən, Xocalının və erməni zorakılığının qurbanı olmuş ellərin  qisasını almış bir xalq kimi yanaşırıq. Lakin buna baxmayaraq bu gün də xalqın gözündə və qəlbində Xocalı və Qarabağla bağlı çoxlu suallar var və bu təbiibir.

Bu gün dərin hüznlə yad etdiyimiz hadisələrin niyə məhz Xocalıda baş verməsi haqqında, cavabını axtaran və dərin təhlilə ehtiyac duyan suallar var. İlk növbədə qeyd etməliyik ki, Cənubi Qafqaz qlobal siyasətin strateji xəritəsində ən önəmli məkanlardan biridir. Bu 1000 il bundan əvvəl də belə olub indi də belədir. Sözügedən məkanda bir necə strateji məntəqənin isə fövqəladə həyati əhəmiyyəti var ki, qlobal siyasətin imperiyapərəst aktorları onlara sahib olmaq naminə doğma qardaşlarına da güllə atmağa hazırdırlar. Dəryal keçidi, Dərbənd keçidi və Qarabağ. Cənubi Qafqazın açarı sayılan Qarabağda isə üç məntəqə Xocalı, Laçın və Şuşa artıq əsrlərdir ki, “nifaq alması” rolunu oynayır. İlk baxışdan qlobal miqyasda heç bir strateji əhəmiyyəti olmayan adi yaşayış məntəqəsi kimi görünsələr də onlar dünyada güclər nisbətini bir anda dəyişməyə qadir olan obyektlərdir və onlar kimin nəzarətindədirsə, Qarabağ, Cənubi Qafqaz və bütün geostrateji üstünlüklər də onun əlindədir. Nə qədər kədərli olsa da bu geostrategiyada hər şey Xocalıdan başlayır.

Hələ Sovet ittifaqının iflası gerçəkləşdiyi zaman, yəni XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Cənubi Qafqazada yaranmış situasiya ilə bağlı Ermənistanla Azərbaycan arasında barışığın yaranacağı  ehtimalı qlobal siyasətə əsla sərf etmirdi. Çünki belə şəraitdə Sovet İttifaqının dağılması ilə Türkiyənin Cənubi Qafqaz regionuna nüfuz etməsi, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması, rus qoşunlarının Ermənistandan çıxarılması və Zəngəzurda 70 il əvvəl qəsdən kəsilmiş türk yolunun bərpa edilməsi ehtimalı böyüyürdü. Deməli elə bir cinayət törətmək lazım idi ki, nə bu əsrdə, nə də gələn əsrlərdə barışıq olmasın. Öncədən cızılmış plan üzrə əvvələcə Əsgəran hadisələri, daha sonra Sumqayıt təxribatı, bundan sonra 1990-cı il 20 yanvar hadisələri və nəhayət Xocalı qətliyamı törədildi. Bununla da qlobal siyasət öz məqsədlərinə çatdı və türk qapıları açılmağa macal tapmamış yenidən 30 il müddətinə qapandı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Möhtərəm İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan xalqı və qəhrəman Azərbaycan əsgəri dünyada, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz regionunda, həm geosiyasi vəziyyəti və hərbi-strateji pariteti, həm də siyasi qüvvələr nisbətini köklü şəkildə dəyişib. İndi biz qlobal və regional miqyasda baş verən proseslərə tamamilə başqa prizmadan baxırıq. Gələcək üçün böyük ümidlərimiz və planlarımız var. Lakin hər birimiz bir vətəndaş kimi anlamalıyıq ki, qlobal siyasət dünya, onun regionları və xalqları haqqında özünün müdhiş planlarını cırıb tarixin zibil qutusuna atmayııb. İndi mübarizə və mücadilə daha çətin və mürəkkəb templərlə baş verəcək.

Məhz bu səbəbdən gənclərə qlobal siyasətin mürəkkəb strukturunu, onun geosiyasi maraqlarını, xüsusilə də Cənubi  Qafqazda və Azərbaycanda toqquşan maraqlarını, eyni zamanda əzəli və əbədi düşmənlərimizin şər xislətini, onun psixologiyasını bilmək, ondan daha güclü, tədbirli, hiyləgər və cəsur olmaq, ona gözlədiyindən daha çox nifrət etmək, onu təsəvvür belə etmədiyi sarsıdıcı silahlarla vurmaq fövqəladə aktuallıq kəsb edən məsələdir. Beləliklə, indi düşməni daha da dərindən öyrənmək zamanı gəlib. Xocalı faciəsinə beynəlxalq müstəvidə yenidən baxılmasına daha israrla nail olmaq, Xocalı qurbanlarını dünya güclərinin çirkin savaşının günahsız qurbanları kimi qiymətləndirmək vaxtıdır. Xocalıda 29 il bundan əvvəl baş vermiş faciəni daha geniş müstəvidə təhlil etmək onu törədənlərin ölüsünü də dirisini də məsuliyyətə cəlb etmək günün təxirəsalınmaz tələbidir. 44 günlük müharibədə Azərbaycan xalqının parlaq qələbəsindən sonra mütərəqqi düşünən bəşəriyyət ermənini artıq yaxşı tanıyır. Onların havadarlarının xisləti və cəllad qardaşlarına gizli himayədarlıq etmələri də göz qabağındadır. Erməni vəhşiliyinin izlərini, onların Azərbaycan yurdalrını vandal üslubunda necə yerlə yeksan etməsini kabusa çevrilmiş Ağdamı, bir daşı belə daş üstə qalmamış Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı görüb. İndi dünya qoyun dərisi geyərək 30 il onu aldadan qurdların xislətinə yaxşı bələd olub. Bütün dünyada rüsvay olan Xocalı cəlladlarının bayrağı indi ayaqlar altına atılıb.

Qeyd etmək istərdik ki, Xocalı faciəsini törədən fövqəlgüclərin və onların iradəsini icra edən mənfur ünsürlərin bu hadisəni törətməkdə 2 ilkin məqsədi olub. 1. Sovet rejiminin repressiv-ideoloji süzgəcindən keçib gəlmiş Azərbaycan xalqının birliyini, onun artıq püskürməyə başlayan üsyankar ruhunu, mücadilə həvəsini sındırmaq. 2. Qarabağ və bütün region üçün strateji əhəmiyyət kəsb edən Xocalı aeroportuna  sahib olmaq. Bir daha qeyd edək ki, yarı şəhid, yarı qazi olmuş və əsir düşümş Xocalının, Qarabağın və Zəngəzurun strateji əhəmiyyəti o qədər böyükdür ki, bu kiçicik məkan haqqında qlobal siyasətin oyunları sağlam və orta statistik məntiqə sığmır. Məlum olur ki, Xocalıya, Şuşaya və Laçına nəzarət edən fövqəlgüc, bütün Yaxın Şərqə və müəyyən mənada dünyaya öz siyasi iradəsini diqtə edə bilər. Yuxarıda vurguladığımız kimi bu 3 məntəqəyə nəzarət qlobal siyasətin konturlarını bir gecənin içində dəyişməyə qadirdir. Bəs bu öz adı “Qara” ilə başlayan, lakin tərkibi çoxlu sayda ağ adlardan – Ağdərə, Ağdam, Ağcakənd, Ağcabədi, Ağdaban, Ağoğlan və s., ibarət olan Qarabağ dünya siyasəti üçün niyə bu qədər vacibdir?

Əslində azğın ayının əsrlərdir davam edən 1000 oyunu türk dünyasının yolunu kəsməkdir. Beləliklə, Xocalı faciəsi, təkcə azğınlaşmış erməni xislətinin cəza tədbiri, xof yaratmaq aktı deyil, o, həm də qlobal siyasətin reallaşdırdığı kompleks tədbirlərin qurbanıdır. Xocalı müasir tarixdə günahsız insanların kütləvi qətlinin ən qəddar üslullarla icra olunduğu ən böyük eşafot, ən dəhşətli edam kürsüsdür. Bu kürsüdə təkcə 613 nəfər deyil, həm də şanlı tarixi olan mərhəmətli bir xalqın qüruru çarmıxa cəkilmişdi. Hökmü icra edən və bundan heyvani zövq alan mənfur erməni cəlladları isə əsl hanniballar kimi öz şərəfsiz adlarını şərəfsiz tarixlərinə belə yaza bilmişdilər. Təəssüf ki, müqəddəs Qarabağ ocağına od vuranlar içərisində bu gün sağ qalanlar da var. Amma onların da lənətlənmiş quyularına yaxın vaxtlarda palıddan kazıklar çaxılacaq.

Bəzən Ermənistanla Azərbaycan arasında gedən münaqişəni tarixən Fransa ilə Almaniya arasında əsrlərlə davam etmiş münaqişə ilə müqayisə edənlər var. Amma bu müqayisə yersizdi və Qarabağ Fransa ilə Almaniya arasında mübahisə obyekti olan Elzas və Lotaringiya deyil. Avropa və dünya tarixinin vacib sütunları olan fransızları və yaxud almanları ermənilərlə müqayisə etmək isə ən yaxşı halda günahdır. Çünki. hətta XXI əsrdə belə, nalayiq erməni genotipu 16 əsr bundan əvvəl Romanı yerlə yeksan etmiş vandalların səviyyəsində düşünür və hərəkət edir. Həm də burada söhbət orta statistik erməninin düşüncələrindən və davaranışlarından getmir. Onların üzdəniraq intellektual elita adlandırdığı şəxslərdən, üzdəniraq alimlərdən, eləcə də erməni siyasi isteblişmentinin mənsublarından gedir.

Müqayisə üçün qeyd edim ki, tarixdə minlərlə müharibə və hərbi münaqişə baş verib. Təkcə XVIII-XIX əsrlərdə bəşəriyyət 50 mindən artıq müxtəlif miqyaslı və xarakterli müharibələrin şahidi olub. Bu müharibələrdə kütləvi insan itkisi ilə yanaşı bəzən bütöv ordular, hokmdarlar, baş komandanlar, sərkərdələr əsir düşüb. Bəzi ləyaqətsiz əməlləri nəzərə almasaq, bu müharibələr necə qəddar üsullarla aparılsa da insan ləyaqətini alçaldan ifrat qəddarlığa yol verilməyib, müharibə qanunları ciddi şəkildə gözlənilib, sivil və dinc əhaliyə qarşı zorakı tədbirlər demək olar ki, görülməyib. Düşmən tərəfi  hərbi-siyasi opponentinə qarşı bu qədər qəddar və qaniçən olmayıb. Hətta alman faşistləri belə ən çox nifrət etdikləri düşmənlərinə münasibətdə də loyal olmağa çalışıblar. Amma bütün bu qanunlar ermənilər üçün deyil. Bu varlıqlar, sanki Darvinin təkamül nəzəriyyəsində öz evrimini tamamlamamış zəkası qıt və yalnız vəhhşi instinklərlə idarə olunan məxluqlardır. Bu gün Azərbaycan qılıncından tarixi dərs almış orta statistik erməninin Azərbaycan haqqında düşündükləri və dilə gətirdikləri isə ən azı nifrət doğurur. Həyasızlığın ifrat və tarixdə analoqu olmayan eybəcər bir forması. 50-60 min bəşəriyyət üçün heç bir maddi və ruhani faydası olmayan oğru və iftiraçı toplumdan ötrü, 15 min km2  ərazi bufer zona adı ilə 30 ildir ki, xarabazarlığa çevrilib. Özünü müdrik və ədalətli adlandıran qocaman dünya isə bu ədalətsizliyə göz yumur. Bütün bu vəhşilikləri törətmiş üzdəniraq toplumun gerizəkalı bir fərdi, həm də,  sözdə qadın fərdi, dərin təəssüf və “qəlb yanğısı ilə” qeyd edir ki, “biz II Qarabağ müharibəsində həm qürurumuzu, həm də böyük zəhmətlə yaratdığımız bufer zonanı və zəbt etdiyimiz rayonları itirdik”. Əmin ola bilərsiz, yaşından, cinsindən, sosial mənsubiyyətindən və intellektindən asılı olmayaraq bu toplumun hər bir üzvü belə düşünür. Bu zaman istər-istəməz məşhur Roma siyasətçisi Böyük Mark Porsi Katonun (e.ə. 234-149) “Karfagen dağıdılmalıdır” sözləri yadıma düşür. Bu şəxs Romanın ən təhlükəli düşməni olan Karfagen haqqında xüsusi mövqe nümayiş etdirirdi. Roma senatının tribunasından hansı mövzu haqqında danışırsa danışsın, yenə də dönüb-dolaşıb Karfagen temasına qayıdırdı və onun dağıdılmasını tələb edirdi. Nəhayət, onun vəfat etdiyi e.ə. 149-cu ildə III Pun müharibəsi (e.ə. 149-146) bşalayır və romalılar Karfageni yerlə yeksan edirlər. Roma indi də var, amma Karfagen yoxdur.

Biz bu gün auditoriyalarda tələbə-gənclərə ümumbəşəri dəyərləri, başqa rənglərə və özəlliklərə münasibətdə tolerant və mərhəmətli olmaq haqqında əzəli və əbədi ideyaları, kompromisə getmək, güzəşt etmək kimi keyfiyyətləri təqdim və təbliğ etdiyimiz halda, bütün bu kompromis elementləri erməni toplumuna şamil edə bilmirik. Erməni genotipi elə mutagen elementlərdən yoğrulub ki, onda günahlara görə etiraf  hissi, fərdi və kollektiv tövbə anlayışı yoxdu. Tolerant və multikultural konsepsiyada əsas və aprıcı motiv mədəni plüralizmdən və mədəni elementlərin hər birinin bəşər mədəniyyətinə verdiyi töhfədən gedir. Erməni genotipi isə bu kontekstdə görünmür. Xocalı soyqırımı kimi bir zorakılığı törətmiş, əsrlərlə çiçəklənən şəhər və kəndləri yer üzündən silmiş və  bu gun də tövbə və etiraf haqda düşünmək belə istəməyən iftiraçı bir toplum haqda hansı ümumbəşəri dəyərlərdən danışmaq olar? Bu toplumun tarixi bədbəxtliyi, ruhani cılızlığı və bəşəri günahı ondadır ki, o tarixdən və hadisələrdən dərs çıxarmağa qabil və qadir deyil. Kütləvi psixoz yaşayan və paranoyadan əziyyət çəkən bu toplum haqda yaxın gələcək üçün də pozitiv nə isə demək mümkün deyil.

Buna görə də mövcud situasiyada Böyük Mark Porsi Katonun “Karfagen məhv edilməlidir” ideyası daha cazibədar görünür. Bu fikri arqumentlərlə möhkəmləndirmək üçün, özünü intellektual hesab edən gənc erməni qadınının sərsəm iddialarını təqdim edirik. Qeyd edək ki, bunu Youtube kanalında rus jurnalistinin üzdəniraq erməni intellektuallarla azərbaycanlı gənclər arasında yaratdığı virtual dialoqdan götürüb təqdim edirik. Beləliklə, özgə yurdunda yuva salmış oğru ermənilərin Lacını və Kəlbəcəri tərk edərkən bütün evləri yandırmalarını, əsrlərlə yetişmiş qocaman ağacları kəsmələrini dırnaqarası erməni intellektualı, özü də gənc qadın, I Napoleonun Rusiyaya hücumu zamanı 1812-ci il 14-18 sentyabr tarixlərində M.Kutuzovun əmri ilə rusların Moskavanı yandırması ilə müqayisə edir. Burada artıq şərhə heç bir ehtiyac yoxdu. Amma bu üzdəniraq intelektual unudur ki, başqasının yurduna sahib olmuş erməninin dabanlarını yalaya-yalaya qaçarkən evləri yandırması Süleyman peygəmbərin körpəni bölüşdrməsi ilə bağlı məşhur hədisinə daha çox uyğun gəlir. Yəqin ki, bu hədisəni çoxlarınız eşitmisiz. Yəni Süleyman peyğəmbər iki qadın arasında mübahisə obyekti olan körpəni onların arasında bölməyi təklif edəndə körpənin doğma anası dərhal, sağ qalması naminə ondan imtina edir. Saxtakar ana isə körpənin bölünməsinə razı olur. Bu hədisdən artıq saxtakarın kim olması və evləri nə üçün yandırması da görünür. Amma ermənilərin 1992-1993-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü zamanı yurdlarını qoyub gedən azərbaycanlılar bir ağac belə kəsməmişdi, bir evi belə yandırmamışdı. Çünki o evlər, o ağaclar onların doğma övladları idi və onlar bu torpaqlara qayıdacaqlarına inanırdılar. Biz həmin dialoqu qurmuş rus jurnalistinə şərhdə yazanda ki, xahiş edirik gələn dəfə dialoq üçün erməni tərəfdən ortaya adekvat adam çıxarın. O da cavabında qısaca yazdı ki, “Hardan tapım, var ki?”

Xocalı zorakı erməni toplumunun nəcib ideallarla yaşayan qonsu xalqa çoxəsrlik qibtəsinin, genetik paxıllığının və heyvani nifrətinin nəticəsidir. Xocalı faciəsinin səbəblərini anlamaq üçün ermənilərin 2 əsr ərzində Azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətə nəzər salmaq lazımdır. Əlbəttə, kitablara sığmayan erməni xəyanətinin və erməni xislətinin bu çirkin əməllərini sadalmaq üçün günlərlə həftələrlə vaxt lazımdı. Amma mən tarixdən 2 fraqment göstərməklə ağır xəstə olan erməni təxəyylünün təhlil sonuclarının təsvirini yaradacam. Bunlardan biri qədim alban tarixçisi Musa Kələnkətlinin “Albaniya tarixi” əsərinin saxtalaşdırılması və onun orijinalının Tərtər çayına atılması ilə bağlıdır. Erməni katalikosu İliya ərəb xəlifəsi Əbdül-Malikə (685-705) 689-705-ci illərdə Alban katalikosu olmuş Nerses Bakurdan xəbərçilik edərək onu vəzifəsindən uzaqlaşdırır. Bununla da alban katalikosluğunun bütün əmlakını və arxivini ələ keçirir və orada çirkin korrektivlər edir.

İkinci epizod XX əsrin 60-cı illərinə aiddi. O zaman Azərbaycan SSR-in Baş prokurorlugunun sənədlərindən birində göstərlirdi ki, Agdərənin Marağa kəndində dava zamanı təsadüfən erməni gəncinin ölməsi ilə bağlı Xankəndində 3 azərbaycanlını mühakimə edirlər və onlar hokm oxunduqdan sonra cəza cəkmək üçün Bakıya yola salınırlar. Lakin ermənilər milis maşınlarının qarşısını kəsərək azərbaycanlı oğlanları maşından çıxarıb linç edirlər. Yəni üzərlərinə benzin töküb yandırırlar. Bundan sonra Xankəndindən İrəvana göndərilən 10-cu sinif şagirdi bir erməni qızının məktubu ələ keçir. Qız məktubunda İrəvandakı rəfiqəsinə yazır ki, “bu gün bizim ermənilər qəhrəmanlıq törətdilər. 3 türkü diri-diri yandırdılar”. Daha sonra qız yazır ki, “mən də hadisə yerindəydim və yanan ət iyindən ləzzət alırdım”. Məncə artıq şərhə ehtiyac yoxdu.

Ermənilərin milli siyasi və hərbi doktrinasında azarbaycanlı və türk qanına susamaq həmişə prioritet məsələ olub. Nə qədər rəzil görünsə də bu erməni xislətinin son 200 il ərzində ənənəvi qida mənbəyinə çevrilib. Bu iyrənc doktrinanın ilk kəlmələrini isə hələ körpə ikən erməni fərdinin qulağına anası pıçıldayır, onun yaddaşında qatı düşmənçiliyin və şovinizmin audio təsvirini yaradır, onun təhtəlşüuruna genetik vandalizmin, şovinizmin və faşizmin ilk toxumlarını səpir. Yanlış və xəstə potensiyaya əsaslanan ideologiya, üzdəniraq böyüklük maniyası bu doktrinaya daha təhlükəli stimul verir. Buna görə də ideya və məntiq baxımından geriyə sayan erməni təfəkkürünün diqtəsilə onun vəhşi xisləti tarixi fürsət düşən kimi, ov mövsümü gələn vampirlər kimi qurban axtarışına çıxır. Odur ki, bu vampirlərlə adekvat şəkildə rəftar etmək lazımdı. Yəni köksünə gümüş kazık və boğazına ixlas xəncəri. Ümumiyyərlə, erməni xisləti və bu natəmiz genotip onunla anladığı dildə danışanda, necə deyərlər daha sözəbaxan olur və daha tez ram edilir. Lakin heç vaxt tarixi fürsəti əldən vermir. Bununla bağlı bir tarixi epizodu xatırlamaq yerinə düşər. Tarixi şəraitdən istifadə edərək Orta əsrlərdə yunan mirasına qonan quzğun ermənilər tarixi Kilikiya ərazisində, indiki Adanada və onun ətrafında üzdəniraq knyazlıq yaradırlar. Lakin tezliklə bu ərazidə türk etnik-mədəni faktorunun durmadan artan qüdrətindən qorxuya düşərək 1447-ci ildə “daha məqbul və təhlükəsiz yerə”, daha dəqiq Cənubi Qafqaza köçməyi qərara alırlar. Hətta bu məqsədlə Qaraqoyunlu hökmdarı Cahanşahdan (1435-1467), necə deyərlər, rəsmi viza da alırlar. Ermənilərin Adanadan qaçarkən məhz Cənubi Qafqazı seçmələri təsadüfi deyildi. Bütün bunlar erməni kilsəsi tərəfindən düşünülmüş və hazırlanmış hiyləgər və uzaqgörən plana uyğun həyata keçirilirdi. Sözügedən dövrdə Kilikiyada və onun ətrafında kompromis bilməyən, müharibə və münaqişənin isə həyat tərzi olduğu tayfalar və xalqlar məskunlaşırdı. Ermənilər isə qorxaq və yalnız arxadan vurmağı bacaran xislətləri ilə bu tayfalarla heç vaxt baş çıxara bilməyəcəklərini əla başa düşürdülər. Amma Cənubi Qafqazda situasiya bambaşqa idi. Burada tarixi qafqazlının igidlik və kişilik kodeksinə sədaqətlə xidmət edən mərhəmətli və nəcib insanlar yaşayırdı. Ermənilər isə öz natəmiz intuisiyaları ilə başa düşmüşdülər ki, safqan qafqazlının qonaqpərvərliyindən və alicənablığından istifadə edib bir küncdə yuva salmaq asan olacaq. Həm də burada erməni xislətinə züy tutan iki vacib məqam da var idi. Birincisi, Cənubi Qafqazın 90%-nin islamlaşması ilə əlaqədar, müəyyən mənada sahibsiz və himayəsiz qalmış, “sanki erməniləşdirmək üçün ideal material olan” qədim alban xristian mirası – məbədlər, ziyarətgahlar, monastrlar, dini artefaktlar, bir sözlə, möhkəm yuva salmaq üçün çox əlverişli bir məkan. İkincisi, Cənubi Qafqazda monqol əsarətindən azad olmuş və dinamik şəkildə dirçələn rus hərbi-siyasi faktorunun ilk rüseymlərinin yaranması. Bu situasiya isə ermənilərə rusların timsalında potensial və günü-gündən güclənən himayədar vəd edirdi. Necə deyərlər, qanadları altına sığınıb sağ qalmaq üçün daha irilələkli yırtıcı bir quş, həm də xoşbəxtlikdən ikibaşlı. Artıq neçə əsrdir ki, bu ətyeyən quşun lələkləri altında himayə olunan erməni niyyətinin mənfur keyfi qabarır və o, qorxaq xislətini soyutmaq üçün zaman-zaman ova çıxır dimdiyi qırılan kimi isə qınına çəkilir. Bu xislətin növbəti ov mövsümü isə 1982-ci ilin sonunda, ümummilli lider Heydər Əliyevin öz siyasi fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsindən sonra başladı. Bundan sonra Azərbaycana rəhbərlik edən və kifayət qədər adekvat siyasi iradə sahibləri olmayan şəxslərin dövründə ermənilərin ov iştahı daha da artdı və xalqımız məlum hadisələri, o cümlədən müdhiş Xocalı faciəsini yaşadı. Amma Azərbaycan artıq qaniçənləri məğlub etməyin daha müasir və effektli üsullarını tapıb. Odur ki, hələ çox uzun müddət ruhu və dalağı düşük ermənilərin ov həvəsi olmayacaq.

1988-ci ildə ermənilərin azərbaycanlıları kütləvi şəkildə Ermənistandan qovduqları, Dağlıq Qarabağda qətllər törətdikləri zaman dekabr ayının 7-də Spitakda baş vermiş zəlzələ ilə əlaqədar belə bir mistik xəbər yayılmışdı ki, guya Ağ atın belində qisas mələyi Azərbaycanın üstündən uçaraq Ermənistan tərəfə getmiş və bundan bir neçə dəqiqə sonra Spitak zəlzələsi baş vermişdi. Bu, əlbətdə ki, düşmənin çirkin əməllərinə nifrət edən və qüdrətli bir xilaskara ehtiyacı olan xalqın təxəyyülünün məhsulu, onun sonu və sərhədləri olmayan fantaziyası, xəyal gücü, nəhayət arzu olunanın reallıq kimi qəbul edilməsi kimi təzahür edən bir illüziya idi. Lakin bu gün xalqın təxəyyülünün məhsulu, onun qüdrətli xilaskar və himayədar axtarışı, onun illüziyası reallığa çevrilib. Xalqın xilaskarı bu gün düşmən yurdunda elə bir zəlzələ yaradıb ki, onun amplitudası yağı torpağını hələ uzun müddət sirkələyəcək. Artıq olayları fantasmaqoriya şəklində qəbul etmək, Ağ atın üstündə zühur edən xilaskarı nağıl və əsatirlərdə axtarmaq lazım deyil. Bu gün bizim inanc və güvənc yerimiz olan xilaskarımız, bütün mütərəqqi dünyanın heyran olduğu şanlı rəhbərimiz, əlində ədələtdən yoğrulmuş ixlas qılıncı tutan Ali Baş komandanımız, sevimli prezidentimiz, bütün xalqın əzizi və qürur mənbəyi olan möhtərəm İlham Əliyevimiz var. Məhz o qüdrətli şəxsiyyət, xeyirlə şərin savaşında xeyirin və ədalətin qələbəsini mütləq şəkildə təmin edən, günahsız Xocalı şəhidlərinin ərafda qalmış narahat ruhlarını Cənnətə yola salan, tarixin gərdişini dəyişən qəhrəmandır. Məhz bu qəhrəmanın sayəsində möhkəm və yenilməz “Dəmir yumruğa” çevrilmiş xalq şəri müqəddəs torpaqlarımızdan həmişəlik qovub çıxardı. Sevimli rəhbərimizin nümayiş etdirdiyi möhtəşəm siyasi iradə sübut etdi ki, bu torpağın, bu xalqın, bu Vətənin qüdrətli sahibi var. Xocalının və Qarabağın taleyinə gəldikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı qüvvvələrinin ali Baş komandanı möhtərəm İlham Əliyevin həm Qarabağla, həm də bütün Azərbaycanın davamlı istiqlalı, istiqbalı, inkişafı və gələcəyi ilə bağlı möhtəşəm planları var və biz bütün bunları gözlərimizlə görəcək, sevinc və qürur hissi ilə dolu daha böyük tarixi uğurların və qələbələrin şahidi olacağıq.

İlham Mabud oğlu Məmmədov,

Mingəçevir Dövlət Universiteti,

Humanitar fənlər kafedrasının baş müəllimi

Şərhlər bağlıdır.