“Xocalı Soyqırımı bəşəri cinayətdir”
“Xocalı Soyqırımı bəşəri cinayətdir” adlı konfransda soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov əsrlər boyu bədnam ermənilər və beynəlxalq himayədarları tərəfindən Azərbaycan xalqının başına gətirilən zülm, qətliam və digər ağır cinayətlər barədə ətraflı məlumat verib.
Əyyub Əyyubov daha sonra Azərbaycanın dinamik olaraq artan iqtisadi və hərbi gücündən danışaraq regionun lider və ümumən avropanın qabaqcıl məmləkətlərindən birinə çevrildiyini bildirib.Əlavə edib ki, bir gün Azərbaycan itirilmiş torpaqlarının iradəsinin və ordusunun gücü ilə geri aldığı zaman şəhidlərimizin ruhu əbədi rahatlıq tapacaq.
Ardınca konfrasın digər məruzəçiləri dinlənilib. Pedaqoq Kifayət Əliyeva və tələbə Arzu Rüstəmova müvafiq olaraq “ Vətən həsrətli Xocalı harayı” və “Xocalı Soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir “mövzularında çıxış edib. Konfrans maraqlı dialoq şəklində yekunlaşıb.
Sonda tələbə özfəaliyyət qrupu fəalları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, ümumən Xocalı Soyqırımı Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə anılıb. Tələbələr arasında inşa yazı və rəsm müsabiqələri keçirilib, dəyrimi masa ətrafında dialoqlar qurulub və facədən bəhs edən filmlərə baxış keçirilib.
Şərhlər bağlıdır.