“Xaricdə dispor fəaliyyəti” ilə bağlı verliş çəkilib
Mingəçevir Dövlət Universitetinin bir qrup tələbəsi El TV kanalında yayımlanan “Regionlayn” proqramında “Xaricdə dispor fəaliyyəti” ilə bağlı verlişin qonağı olub. Aparıcı Mehman Dilqəmoğlu öncə ekspertləri təqdim edib. Onlar Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin vilayəti regional bölməsinin sədri, qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi, Ümumrusiya Xalqlar Assambleyasının və veteranlar şürasının üzvü Nazir Hətəmov, İnform.az saytının faş redaktoru, araşdırmaçı-yazar Xalidə Xalid, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Nərgiz Xələf və təşkilatın sədr müavini Səbinə Əsəd olublar.
Verilişdə diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, bu siyasətin həyata keçirilməsi, diasporla iş sahəsinin inkişafı, beynəlxalq hüququn qəbul edilmiş prinsip və normaları, ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının xə xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi, ana dilinin öyrənməsi və tətbiqinin genişləndirilməsi, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurulması və inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Mövzu ətrafında maraqlı müzakirədə ekspertlərlə yanaşı Mingəçevir Dövlət Universitetinin tələbələri fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.