Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xəzər Universiteti 15 saylı Mediasiya Təşkilatı ilə memorandum imzaladı

Hər iki qurum arasında mediasiya sahəsində növbəti səmərəli əməkdaşlıq qurulur

18 oktyabr  2022-ci ildə Xəzər Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatının arasında görüş keçirilib. Görüşə Xəzər Universitetinin rektoru İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Mediasiya Şurasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev və Mediasiya üzrə milli təlimçi Natiq Məmmədov qatılıblar. Onlar müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi, seminar, forum, layihə və sərgilərdə birgə iştirak üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.

Bu barədə Bakı 15 saylı Mediasiya Təşkilatından mi-news.az-a xəbər verilib. Məlumatda deyilir ki,  tərəflər biznesin aktual problemlərinin həllində rol oynaya biləcək yeni ixtisasların açılmasına dair araşdırmaların aparılmasını da məqsədəuyğun hesab ediblər. Görüşün sonunda Xəzər Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memarandum imzalanıb.

Tərəflər biznesin aktual problemlərinin həllində rol oynaya biləcək yeni ixtisasların açılmasına dair araşdırmaların aparılmasını da məqsədəuyğun hesab ediblər

Memoranduma əsasən, biznes mühitində mediasiya ənənələrinin yaranması, dünyanın qabaqcıl mediasiya nailiyyətlərinin yerli sahibkarlığın inkişafına tətbiq edilməsi, bu sahədə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və inkişafına köməklik göstərilməsi məqsədilə elmi və elmi-praktiki konfrans, seminar və forumlarda universitetin elmi heyəti ilə mediasiya təşkilatının mütəxəssisləri birlikdə çalışacaqlar. Bundan sonra Mediasiya Təşkilatı Universitetin mediasiya, iqtisadiyyat, maliyyə, biznes və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələrinin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının təşkilatın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsinə şərait yaradacaq.

Razılaşmaya əsasən, dünyanın tanınmış universitetləri ilə tərəfdaşlıq əsasında mediasiya, iqtisadiyyat, biznes və idarəetmə ixtisasları üzrə rəqabət qabiliyyətli yerli kadrların hazırlanması məqsədilə universitet tələbələri Mediasiya Təşkilatında biznes konfliktlərində danışıqlar və mediasiya təcrübəsini öyrənəcək, günlük seminar və təcrübə proqramlarında iştirak edəcəklər.

Şərhlər bağlıdır.