Vüsal Məmmədov : “Biz hər an qardaş Türkiyənin yanındayıq”
Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi Türkiyə Ormanları Bakanlığının hesabına pul vəsaiti köçürərək, meşələrin bərpasına dəstək nümayiş etdirib
Türkiyədə iyulun 28-dən başlayan meşə yanğınları nəticəsində kütləvi şəkildə yaşıllıqlar, heyvanat aləmi məhv olub. Yanmış meşələrin bərpasında Azərbaycan dəstəyini əsirgəmir. “Daha yaşıl bir Türkiyə” adı altında başlanan kampaniyaya çoxsaylı təşkilatlar, təhsil ocaqları qoşulublar. Onlar ikinci Qarabağ müharibəsində Türkiyənin dəstəyinə cavab olaraq, qardaş ölkənin yenidən yaşıllığa bürünəcəyinə inanırlar.
Belə bir təşəbbüsün müəllifi isə Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi olub. Onlar Türkiyə Ormanları Bakanlığının hesabına pul vəsaiti köçürərək, meşələrin bərpasına dəstək nümayiş etdiriblər. Musiqi məktəbinin direktoru Vüsal Məmmədov deyib ki, Böyük Vətən müharibəsində şəhid olan 51 mingəçevirli şəhidin şərəfinə Antalya şəhərində 51 ağac əkiləcək: “Biz qardaş Türkiyənin hər anında yanındayıq və bütün Azərbaycanı bu aksiyaya qoşulmağa dəvət edirəm. Türkiyənin təbiəti əvvəlki kimi yaşıl və əsrarəngiz olacaq”.
Şərhlər bağlıdır.