Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Cəfərxanlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə iclas zalında həbs olunub.
K. Kərimova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
F.Cəfərxanlı və K.Kərimova Bakıda yaşayan 5 şəxsə sosial evlər satacağını vəd edib, lakin sonradan onlar vədinə əməl etməyiblər.
Daha sonra F.Cəfərxanlı ilə K.Kərimova zərərçəkmişlərin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılıb.
Həmin şəxslərdən F.Cəfərxanlının barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İstintaq dövründə onlar dəymiş zərərdən 37 min 758 manat pulu geri qaytarıblar.
Источник: oxu.az
Şərhlər bağlıdır.