Uşaqların əl işlərindən ibarət rəsm sərgisi keçirilib
Güvən Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və “Platinium Tours and Events” şirkətinin dəstəyi ilə “Ekoturizmin inkişafı və təbiətin qorunması” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz ailələrdən olan uşaqlar iştirak ediblər. Üç qalib sertfikart, hədiyyə və Göygöl turuna getmək şansı qazanıb.
Mingəçevir Gənclər Evinin rəhbəri Tural Kərimov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli belə tədbirlərin uşaqların rəssamlıq qabiliyyətinin üzə çıxarılması, ekologiyaya olan maraqlarının artırılması və onların bir fərd kimi inkişafında əhəmiyyətindən söhbət açıblar.
Şirkətin direktoru Nurlan Qasımov bu tədbirin ənənəvi şəkildə davam etdiriləcəyini və müxtəlif regionlarda keçiriləcəyini bildirib. “Güvən” Xeyriyyə Cəmiyyətinin rəhbəri Nigar Bayramlı təşəkkürnamə ilə təltif olunub.
Şərhlər bağlıdır.