Bizimlə həyatınız həmişə işıqlı olacaq!

UNEC və MDU alimlərinin birgə “İdarəetmə təhlili” dərsliyi işıq üzü görmüşdür

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Hacıyev Fazil Şöhlət oğlunun və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qədimli Nüşabə Astan qızının “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub.

“İdarəetmə təhlili” Azərbaycan Respublikası Təhsil Nazirinin 18.10.2019-cu il tarixli F-626 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. Dərslik 2 bölmə, 10 fəsil, əlavələrdən ibarətdir və 47 istifadə edilmiş ədəbiyyatlardan istifadə olunmuşdur.

Dərsliyin ön sözü V, VI, VII, VIII, IX fəsilləri i.e.d., prof. Fazil Hacıyev və I, II, III, IV, X fəsillər isə i.f.d., dos. Nüşabə Qədimli tərəfindən yazılmışdır.

“İdarəetmə təhlili” dərsliyinin elmi redaktoru UNEC-in professoru, i.e.d. Səbzəliyev Sifariz Mirzəxan oğlu, rəyçilər MDU-nun “İqtisadiyyat” kafedrasının professoru, i.e.d. Məmmədov Füzuli Əziz oğlu, UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının dosenti, i.f.d. Yəhya Rəsul oğlu Mustafayev, UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti, i.f.d. Ənvər Sadıx oğlu Sadıqov və MDU-nun “İqtisadiyyat” kafedrasının dosenti, i.f.d. Hüseynov  Mehman Məzahir oğlu olmuşdur.

Dərsliyin birinci fəsli İqtisadi təhlilin nəzəri əsasları, iqtisadi təhlilin mahiyyəti, predmeti, üsulu və növlərindən bəhs edilmiş, ikinci və daha sonrakı fəsillərində təhlilinin nəzəri əsasları sənayedə marketinq fəaliyyəti, təşkilat və təsərrüfat subyektlərində məhsul istehsalı və satışı, təşkilatların əsas fondlarla, əmək resursları ilə və xammal materiallarla təmin olunması və məhsulun maya dəyərini xarakteristika edən göstəricilər sistemi və onların dəyişməsinə təsir edən amillər kompleks şəkildə təhlil edilmişdir.

Dərslikdən iqtisadi ixtisaslar üzrə ali məktəblərdə təhsil alan bakalavrlar, magistrlər, doktorantlar, menecerlər, auditorlar və digər mütəxəssislər istifadə edə bilərlər.

228 səhifədən ibarət olan dərslik 2020-ci ildə Bakı şəhərində “MSV NƏŞR” nəşriyyatında çap olunmuşdur.

Qeyd edək ki, “İdarəetmə təhlili” dərsliyinin nəşr olunması həm də UNEC ilə MDU arasında bağlanmış müqavilənin müdəallarına tam uyğundur.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.