“Ucarda keçirilən toy məclisində bıçaqlanma baş verib”
Hadisə şadlıq saraylarından birində baş verib. Hadisəni törədən şəxslə eyni məclisdə iştirak edən zərərçəkmiş arasındakı mübahisə qanla bitib.
Nəticədə rayon sakini, 1983-ci il təvəllüdlü Seymur Soltanəli oğlu İsmayılov bıçaqlanıb.
Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Şərhlər bağlıdır.