Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib

245
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan əsgər və zabitlərinin şücaəti sayəsində tarixi zəfərin əldə edildiyini diqqətə çatdıran Gimnaziyanın direktoru Pərvanə Tahirova, əlamətdar tarixi gün münasibətilə qonaqları, məktəbin müəllim kollektivini və şagirdləri  təbrik edib.

 Şagirdlərin vətənə, dövlətə və xalqa bağlı layiqli şəxsiyyət olaraq  yetişdirilməsinin Gimnaziyanın qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıran P. Tahirova Zəfər Günü çərçivəsində şagirdlərin vətənpərvlik istiqamətində hazırladıqları rəsmləri, şeir və kompozisiyaları yüksək qiymətləndirib.
Gimnaziyanın şəhid məzunları Qasımov Teymur və Orucov Turalın “Hərb Tarixi” nə adlarını qızıl hərflərlə yazdırdığını qeyd edən direktor, qəhrəmanlıq salnaməsinin yazıldığı şanlı Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan tədbirin şagirdlərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə hədəfləndiyini bildirib.
Tədbirdə iştirak edən Qarabağ qazisi Hərbi hazırlıq müəllimi- Elçin Teymurov Zəfər Bayramı münasibəti ilə Gimnaziyanın müəllim kollektivini və şagirdləri təbrik edib. 2020- ci il Tarixi Zəfərin canlı qəhrəmanı olan E. Teymurov keçdiyi şərəfli döyüş yolundan danışıb. Bu təşəbbüsü müsbət dəyərləndirib və tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Daha sonra İnteqrasiya təlimli internat tipli gimnaziyanın  təlim tərbiyə işləri uzrə direktor müavini Sevinc Əsədova, tərbiyə işləri üzrə direktor müavini İlqar Tağıyev çıxış edərək Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib,  şagirdlərin  ifasında tarixi Zəfər, Qarabağ və vətənpərvərlik mövzusunda müxtəlif musiqilər və şeirlər səsləndirilib.

Şərhlər bağlıdır.