Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mayın 5-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert təşkil olunub.  Qonaqların arasında İcra Hakimiyyəti və  YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri, məktəb direktorları, MDDT-nın əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məktəbin şagirdlərinin ifasında səslənən Azərbaycan Dövlət himnindən sonra tədbirin aparıcısı Zeynəb Həmidova ulu öndərin  həyat yoluna nəzər salıb. O, H.Əliyevin fəaliyyəti illərində Azərbaycanın tutduğu mövqe, qazandığı nailiyyətlərdən söz açıb, tədbir iştirakşılarına maraqlı faktlar təqdim edib.

Məktəbin xalq çalğı alətləri orkestri konsert proqramını “Koroğlu” Uvertyurası ilə  başlayıb. Müəllimlərdən  Zülfiyyə Hacıyeva, Polad Osmanov mahnılar ifa ediblər. Amil Hacıyev, Ramin Rəsuloğlu, Zülfiyyə Bağırova, Sevinc Xəlilova, İradə Xəlilovanın müşaiyəti ilə şagirdlər müsiqi səsləndiriblər.

Məktəbin direktoru Vüsal Məmmədov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bir neçə gənc müəllimə YAP vəsiqələrini təqdim ediblər.

Çıxış edənlər konsert üçün məktəbin kollektivinə təşəkkür ediblər.

Şərhlər bağlıdır.