Noyabrın 5-də Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan danışıb, son illər mövcud istiqamətdə pozitiv tendensiyaların artdığını vurğulayıb. Ə..Amaşov Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqəti yönəldib və bunun qardaş ölkənin media gündəminə də əsaslı təsir göstərdiyini deyib.
H.Karadeniz həm iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin artırılmasına ehtiyac duyulduğunu vurğulayıb və Türkiyə Səfirliyinin bu amili hər zaman diqqətdə saxladığını bildirib.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Türkiyənin qabaqcıl media təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Şərhlər bağlıdır.