Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tovuzda ictimai iştirakçılıq təbliğ olunur

210

Tovuz rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” qanununun təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində təlim keçirilib. Layihə rəhbəri, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu qonaqları salamladıqdan sonra ictimai İştirakçılıq haqqında fikirlərini çatdırıb. Şəmkir Resurs və Təlim Mərkəzinin rəhbəri Fuad Bədəlov qanun layihəsinin Tovuz rayonunda tətbiq olunmasının vacibliyindən və onun gələcəkdə vətəndaş cəmiyyətində hansı müsbət dəyişikliklərə gətirib çıxaracağından danışıb.Müstəqil QHT eksperti Rafiq Muradov qanun layihəsinin detalları barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Tovuz rayon icra hakimiyyətinin və kənd icmalarının, mədəniyyət şöbəsinin nümayəndələri, bələdiyyə üzvləri və digər ictimai fəallar iştirak ediblər.

Şərhlər bağlıdır.