Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Torpaqlarımıza göz dikənlərin başında dəmir yumruq olacaq

Bu ilki gənclər gününü əvvəlki illərdən fərqli hisslərlə kecirdik. Çünki bu il bu günü qalib bir dövlətin, öz əbədi-əzəli torpaqlarını azad etmiş bir millətin, ərazi bütövlüyünü təmin eymiş bir dövlətin qürurlu gəncləri və vətəndaşları olaraq qeyd etdik.Məlum olduğu kimi 2020- ci il 27 sentyabrdan 10 noyabra qədər 44 günlük Vətən müharibəsi dediyimiz II Qarabağ müharibəsi baş verdi. Rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında olan torpaqlarımızı azad etdi. Bu müharibədə iştirak etdiyimə və Vətən torpaqlarını mənfur düşməndən azad etmək kimi şərəfli bir vəzifəni yerinə yetirdiyimə görə qürur hissi keçirirəm. Bildiyiniz kimi, ordumuzun əsas hissəsi düşmənin qorxulu röyası olmuş gənc döyüşçülərdən ibarət idi. Bu gənclər bizim ən böyük arzumuzu həyata kecirdilər. Şəhidlərimizin də böyük əksərriyyətinin gənclər olduğunu nəzərə alsaq – vətənpərvər, canını Vətən üçün fəda edən gəncləri olan bir dövlətin və bir millətin torpağına artıq heç kim göz dikməz, əl uzatmaz. Torpaqlarımızda gözü olanların başında dəmir yumruq partladarıq.

Əsgər və zabitlərimizin coxu döyüş meydanında ilk dəfə görüşsələr də, sanki bir-birilərini çoxdan tanıyırdılar. Mən onların gözündə vətən sevgisini, düşmənə olan nifrəti görürdüm. Bu da bizə çox böyük ruh yüksəkliyi verirdi. 44 gün davam edən Vətən Müharibəsi BÖYÜK QƏLƏBƏMİZLƏ başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək, torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu günkü gənclərimiz həqiqətən unudulmaz bir tarix yazdılar.

Bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyir, qazilərimizə də şəfa istəyirəm. Yaşasın qüdrətli dövlətimiz. QARABAĞ   AZƏRBAYCANDIR !

 

Babayev Rövşən Fərrux oğlu,

İkinci Qarabağ Müharibəsi veteranı,

MDU-nun Riyaziyyat kafedrasının müəllimi

Şərhlər bağlıdır.