“Top Gear” proqramının tanınmış aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond yeni “The Grand Tour” verilişi çərçivəsində Azərbaycanda üç “supercar”ın test-drayvını çəkəcəklər.
Oxu.Az-ın xəbərinə görə, çəkilişlər 2018-ci ilin oktyabrın 4-dən 10-a qədər baş tutacaq.
Mütəxəssislər üç avtomobili – “Aston Martin DBS Superleggera”, BMW M850i, “Bentley Continental GT” – ölkənin beş müxtəlif şəhərlərində sürəcəklər.
Avtomobillər xüsusi reyslərlə Böyük Britaniyadan gətiriləcək.
Verilişin müəllifləri və prodüserlərinin sözlərinə əsasən, Azərbaycanda yeni avtomobillərin test-drayvı zamanı tamaşaçıları xüsusi və maraqlı sınaqlar gözləyir.
www.oxu.az
Источник: oxu.az
Şərhlər bağlıdır.