Mingəçevir Turizm Kollecində bayram şənliyi keçirilib. Milli geyimli tələbələr, qədim əmək alətlərinin nümayiş olunduğu ekspozisiya, Novruzun obrazlaşdırılmış rəmzləri olan Keçəl və Kosanın şux zarafatları və təbriklər şənlik boyu iştirakçıların qəlbində xoş təəssüratlar oyadıb. Kollecinin direktoru, iqtisad elmləri dokrtoru, professor Əyyub Əyyubov hər kəsi milli bayram münasibəti ilə təbrik edib.
Tədbir boyu təbriklər, səhnəciklər, şerlər və nəğmələr meydanda əsl bayram ab-havası yaradıb. Ulu Qorqud, Bahar qızın dövrə vurub iştirakçıları salamlaması, bayram libaslı nazlı xanım qızların rəqsləri, Novruz inancları ilə bağlı səhnəciklər, kəndir yarışması, dirədöymə oyunu, yumurta döyüşü çöhrələri sevinclə bəzəyib. Bayram şənliyi tonqal ətrafında yallı rəqsi ilə başa çatıb.
Şərhlər bağlıdır.