Cəmiyyət

Teymur Qasımovun təltif olunduğu medal ailəsinə təqdim olundu

Şəhidin ölümünün 40-cı günündə təşkli olunan mərasimə hərbçilər, hökumət və ictimaiyyət nümayəndələri də qatıldılar

Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda qəhrəmancasına həlak olmuş Qasımov Teymur Sabir oğlu  Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Bu gün, mayın 18-də şəhidin vəfatının 40-cı günündə medal  şəhidin atasına təqdim olunub.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  “N” saylı hərbi hissənin komandiri  Zaur Kərimov Teymurun ailəsinə baş çəkib, başsağlığı verib, onların şəhid övladı ilə bütün ölkənin fəxr etdiyini deyiblər.

Döyüş yoldaşları Teymur Qasımovla bağlı xatirələrini bölüşüblər. Rəşad Novruzov əsgər yoldaşının qısa həyatının şərəfli anlarını yada salıb. Həsən Quliyev isə  Teymurun düşmənə hədsiz nifrətindən danışıb: “Bunu sözlə ifadə etmək mümkün deyil. Biz öz silah yoldaşımızla qürur duyuruq”

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close