“Tarix dünənimiz” abidələr bu günümüzdür”
Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan Nuranə İbrahimovanın “Tarix dünənimiz, abidələr bu günümüzdür” layihəsinin açılışı və ilk təlimi baş tutub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə layihə rəhbəri Nuranə İbrahimova iştirakçılara layihənin məqsəd və vəzifələri ilə bağlı məlumat verib. “Keçmişini bilməyənin gələcəyi olmaz”- deyən layihə rəhbəri bu gün xüsusilə yeniyetmə və gənclər arasında tarixi-mədəni irsimizin tanıdılması və təbliğinə ehtiyac olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.
Təlimin ilk günü iştirakçılar abidələrin növləri, onları bir-birindən fərqləndirən xüsusiyyətlərlə bağlı məlumat əldə edib. Tarixi abidələrimizi qorumağın zəruriliyi mövzusunda fikir mübadiləsi aparıblar. Zəngin tarixi keçmişə malik olan Azərbaycanda mövcud olan tarixi-memarlıq abidələrinə nəzər salan iştirakçılar daha sonra komandalara bölünüb, verilən tapşırığa əsasən müxtəlif abidələr araşdırıb, onların yaranmasının məqsədi və onları oxşar abidələrdən fərqləndirən xüsusiyyətləri qeyd ediblər.
Şərhlər bağlıdır.